Icma.az
close
up
RU
Demokratiyanın beşiyi, yoxsa azadlıqların məzarı?

Demokratiyanın beşiyi, yoxsa azadlıqların məzarı?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsi (İHK) var. Komitə 18 müstəqil ekspertdən ibarətdir. Əsas vəzifəsi Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın yerinə yetirilməsinə nəzarət etməkdir. Həmin Paktı dünyanın 174 dövləti ratifikasiya edib. Beləliklə, İHK mülki və siyasi hüquqlar üzrə ən yüksək statuslu və səlahiyyətli orqandır. Bütün dövlətlərdən və beynəlxalq təşkilatlardan tərəfsizdir. İHK-nin keçirdiyi monitorinqlərin nəticələri, hazırladığı hesabatlar heç kimdə şübhə doğurmur.

Bax, belə bir mötəbər beynəlxalq insan hüquqları təşkilatının açıqladığı hesabatda Fransadakı vəziyyətin də obyektiv təhlili var. Nəinki materik Fransasının özündə, həm də və daha çox Fransanın Dənizaşırı ərazilərində insan hüquq və azadlıqlarının pozulması halları getdikcə daha kütləvi, sistematik və amansız xarakter alır. Bu sənəddən, eləcə də, başqa beynəlxalq hesabatlardan da görünür ki, Fransa "demokratiyanın, beşiyi" yox, "azadlıqların məzarı" adlandırıla bilər.

Əvvəlki yazılarımızdan birində Fransa cəmiyyətində obyektivliyi şübhə doğurmayan sosioloji xidmətin keçirdiyi sorğunun nəticələrinə istinad etmişdik. Respondentlərin 78 faizi Fransa prezidenti Emmanuel Makronun siyasətindən, idarəçilik üslubundan narazıdır.

Doğrusu, bunu elə sorğusuz da müşahidə etmək olar: öz vətəndaşları ilə ünsiyyət zamanı prezidentə yumurta atılması, dövlət başçısının Dünyanın gözləri önündə təhqir edilməsi, aşağılanması, onun xalqla görüşlərdən qovulması, fitə basılması hər kəsin yadındadır. Hətta əhali ilə görüşlərdən birində Emmanuel Makron sillələnmişdi.

Görün, öz ölkəsində, öz xalqı arasında Fransa prezidentinə, onun hakimiyyətinə qarşı necə bir narazılıq, hətta nifrət var ki, bu, təkcə rəy sorğularında bu, sadəcə, mənfi qiymətlə deyil, yəni, rəqəmlə, faizlə deyil, birbaşa özünə qarşı mənəvi və fiziki təhqirlə də ifadə olunur. Şəxsən, düz üzünə qarşı.

Özünə, ölkəsinə, xalqına az da olsa, hörmət edən bir prezident bu cür rəzil vəziyyətdə vəzifədə qalmaqdansa, çoxdan istefa verməliydi. Normal insan istənmədiyi yerdə qalmaz. O da ola siyasi legitimliyini və mənəvi haqqını tamam itirmiş prezident ola.

Başqa ölkələrdə hakimiyyət başında olan şəxs, dövlət rəhbəri öz Konstitusion səlahiyyət müddətində ölkəsi, xalqı üçün elə işlər görür ki, növbəti (yaxud növbədənkənar) seçkilərdə əvvəlkindən də çox səs toplayır, yenidən mandat qazanır. Məsələn, elə Azərbaycandakı son iki seçkini götürək. Dövlət başçısı 2024-cü ildəki seçkidə 2018-ci ildəkindən çox səs aldı. Cəmiyyətin özündə də, beynəlxalq aləmdə də bu nəticələr şübhə doğurmadı. Niyə?! Çünki həmin müddətdə İlham Əliyev prezident olaraq apardığı siyasətlə, qazandığı tarixi qələbə ilə, gördüyü işlərlə nüfuzunu daha da yüksəltmişdi.

Əlbəttə, mən Azərbaycan və Fransa prezidentlərini bir tutmuram; istənilən müqayisə, əlbəttə, qüsurludur. Üstəlik həm də Emmanuel Makronun özü, onun şəxsi və siyasi profili çox qüsurludur.

Fransa prezidenti nəinki öz siyasi səriştəsinin, hətta insani dəyərlərinin hüdudlarını sınağa çəkir.

Bir misal gətirim: öz ölkəsindən qaçıb Fransaya, yaxud başqa bir ölkəyə sığınmaq nə deməkdir?! Miqrant olmağın, qaçqın düşüb, başqa bir dövlətdən sığınacaq istəməyin fəlsəfəsi məlumdur: bu insanlar yad qapıya pənah gətirib. Başqa ölkədən mədəd umub. Hə, qanunsuz yolla gələnlər, cinayət törədib qaçanlar, sığınacaq almaq üçün tutarlı əsasları olmayanlar da olur, o cür miqrantlara tətbiq olunan legitim, hüquqi prosedurlar da var. Ancaq miqrantlarla heç bir fərq qoymadan insanlığa sığmayacaq dərəcədə sərt rəftar, hətta gücdən istifadə, fiziki zorakılıq və sair... bunlar artıq Fransa hökumətinin davranış normalarına çevrilib.

İHK öz hesabatında bu faktlara da xüsusi yer verib. Mayotda, Fransa-Böyük Britaniya sərhəddində cəmləşmiş miqrantlara qarşı fransız güc strukturlarının zorakılığı ayrıca vurğulanır.

Baxın, Avropa Şurasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ev sahibliyi edən Fransa özü insan hüquq və azadlıqlarını pozan ölkələrin önündə gedir. Bunu biz demirik, BMT İHK deyir. Hətta onlar da deməsə, bu, adi gözlə görünür.

Elə Ermınistana, qondarma "erməni soyqırımı" yalanına olan münasibəti xatırlayın, diqqət edin. Hazırda Ermənistanın özü Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün "erməni soyqırımı" yalanını dünyada tanıtmaqdan imtina edir. Hər halda artıq bu müzakirələr hökumətdə, cəmiyyətdə başlayıb, gedir. Ancaq Fransa parlamenti bu saxta "soyqırım" haqda qanun qəbul edib və qüvvədə saxlayır, o saxta iddianı gerçək bilib tanıyır. Üstəlik "erməni soyqırımı" iddiasını inkar edənlərin cinayət təqibi haqqında Fransada qanun qəbul edilmişdi.

Başqa sözlə, dövlət öz vətəndaşlarını azad düşüncəsinə görə bəri başdan cinayətkar elan etmişdi. Yaddan çıxmayıb ki. Yox!

Belə bir dövlətin nəinki başqalarına insan hüquqları, demokratiya dərsi keçməyə haqqı yoxdur, əksinə o, öz qüsurlarını etiraf etməyə və aradan qaldırmağa borcludur. Ancaq reallıqda bunun əksini görürük: Fransa bu gün Ermənistana "demokratik ölkə" olmasını "təsdiq edən" "arayış" vermək iddiasındadır. Heç bir mənəvi haqqı, siyasi, hüquqi əsası olmadan kimisə demokrat edən edir, kimisə antidemokrat və sair. Ancaq BMT İHK-nin hesabatında özü beynəlxalq siyasətin "Kvazimodo"sudur ki var. Viktor Hüqo bu gün yaşasaydı və "Paris Notr-Dam kilsəsi" romanını indiki dövrdə yazsaydı, yəqin ki, Emmanuel Makronun mənəvi portretini olduğu kimi yaradardı; Fransa prezidenti "Kvazimodo" obrazına prototip olardı.

Hüqonun deputat kimi Fransa parlamentindəki çıxışlarını oxuyun. Sanki bu gün baş verənlər haqqında danışır. Bu gün sağ olsaydı, öz dövlətinin siyasətindən utanardı. Çıxışlarında deyərdi: "Hələ də Əlcəzairdə tökdüyü qanların ləkəsi Fransanın üstündən silinib getməyib, ancaq Afrikanın başqa ölkələrində, Asiyanın ucqar bölgələrində, Parisdən 17 min kilometr uzaqlıqda müstəmləkəçi, repressiv rejimlər qurur, xalqlara zülm edir".

Təəssüf ki, Viktor Hüqo müasirimiz deyil, Fransanın indiki Milli Assambleyasında və ya Senatında rəsmi Parisin yanlışlarını üzünə vuran Hüqo kimi ikinci bir Hüqo yoxdur. Ancaq bu yanlışları dünyada hər halda görən və dilə gətirən obyektiv və cəsur siyasətçilər, ekspertlər yenə də var. Belə faktlar İHK-nin yuxarıda sözügedən hesabatında yer alıb. Fransız Polineziyası, Martinika, Mayot, həmçinin xüsusi statuslu inzibati-əra­zi qurumu olan Yeni Kaledoniyada bu yanlış siyasət aparılır.

Sivil dünyada müstəmləkəçilik ən ağır ayıb sayıldığı halda, neokolonializm Fransa siyasətində xüsusi yer tutur. İstər Afrikada olsun, istər Asiyada, yerli xalqlar beynəlxalq hüquqa dayanaraq, öz azadlıq haqqını tələb edir. Ancaq Fransa həmin tələbləri nəinki qəbul edir, heç müzakirə etmək istəmir. Üstəlik halal haqqını tələb edən xalqların üstünə ordu yeridir, qan tökür. Fransanın xüsusi inzibati ərazisi statusunda olan, lakin öz müqəddəratını təyinetmə uğrunda mübarizəyə qalxan Yeni Kaledoniya adasının kanak xalqı buna misaldır.

Bu ilin əvvəlində Fransa öz müstəmləkəçi rejimini möhkəmlətmək, Yeni Kaledoniyada fransız əsarətini uzatmaq məqsədilə kanak xalqının hüquqlarını məhdudlaşdıran akta imza atdı. Xalq etiraza qalxdı. May etirazlarında kanaklara qarşı repressiya tətbiq edən Fransa hökuməti xeyli insanın qətlinə və yaralanmasına səbəb oldu. Onlarla fəal həbs edildi. İHK öz hesabatında bu güc tətbiqinə görə günahkar olan təhlükəsizlik qüvvələri əməkdaşlarını cəzalandırmağa, zərər çəkən kanak xalqına kompensasiya verməyə çağırır. Bu, o deməkdir ki, neokolonializmdən əziyyət çəkən xalqların hüquqları üçün Bakı Təşəbbüs Qrupunun yüksəltdiyi səs artıq dünyada eşidilir. Fransanın çağdaş beynəlxalq birgəyayayış əxlaqına sığmayan neokolonialist siyasətinə obyektiv qiymət verilir. BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Jose Manuel Santos Pais mötəbər beynəlxalq tribunalardakı çıxışında Fransanın təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli xalqa qarşı repressiyasını konkret faktlarla ifşa edib.

Bakı Təşəbbüs Qrupuna dodaq büzənlər Joze Manuel Santos Paisin çıxışlarını diqqətlə oxusunlar. "Yeni Kaledoniyaya nə faydamız toxundu?" deyə yarımironik sual edənlərdən biz də qarşılıqlı olaraq soruşuruq: bir il bundan əvvəl Dənizaşırı ərazilərdəki Fransa zülmləri haqqında bir kəlmə danışan var idi?! Xeyr. Bakı Təşəbbüs Qrupu bu problemi dünyanın gündəminə daşıdı. Artıq bu məsələlər beynəlxalq hesabatlarda yer alır və Fransa hökumətinə haqlı tənqidlər, əsaslı təzyiqlər var. Fransanın prezidenti Emmanuel Makron öz ölkəsində siyasi reytinqini və legitimliyini itirdiyi kimi, onun beynəlxalq aləmdə də nüfuzu və təsiri sıfırlanmağa doğru gedir. Fransanın "dildə bir, əməldə ayrı" formulu artıq BMT səviyyəsində ifşa olunub. Bunda, təbii ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə - 2023-cü il iyulun 6-da Bakıda keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransında verilmiş qərarların ciddi, danılmaz rolu var. Bu fakt həm də Avropa Şurasında Azərbaycanın mandatını təsdiqləməyən Avropa siyasətçilərinə tutarlı cavabdır: Azərbaycanın beynəlxalq təşkilatlarda varlığı, sədrliyi konkret və effektiv nəticələr doğurur. Bu, göz qabağındadır. Amma, məsələn, Avropa Parlamenti kimi bir ciddi beynəlxalq platforma Fransanın öncüllüyündə artıq heç kimin, hətta Avropa İttifaqının öz üzvlərinin belə ciddiyə almadığı bir təsirsiz quruma çevrilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özü "The Financial Times" nəşrinə müsahibəsində bunu etiraf etmiş və belə demişdi: "Başqa xalqlarla yanlış üslubda ünsiyyət qururuq, özümüzü təkəbbürlü aparırıq, inkişaf etməkdə olan ölkələrin etimadını itiririk.l"

Bu fikirlər bütövlükdə Avropa İttifaqına aid olsa da, ən birinci ünvanı, heç şübhəsiz, Fransadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see143

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see140

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see134

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see133

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see128

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see124

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see123

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see115

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see115

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see114

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see113

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see113

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see113

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see113

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see112

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see111

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see111

Vyetnam və Çin ABŞ a necə zərər vurmaq barədə danışıqlar aparır Tramp

14 Aprel 2025 22:44see110

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see110

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri