Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyası istəsə belə, Ağ Evdə tikilən bal zalını sökə bilməyəcək.
Demokrat.az-ın "New York Magazine"ə istinadən verdiyi məlumata görə, Tramp tikinti zamanı "ən möhkəm poladdan" və atom elektrik stansiyalarında istifadə olunan betondan yararlanıldığını qeyd edib.
"Bu, nüvə betonudur. Düşünürəm ki, onu dağıtmaq çox çətin olardı. O, nüvə hücumuna davam gətirmək üçün nəzərdə tutulub. Əmin deyiləm ki, onu sökmək mümkün olacaq", – deyə Tramp bildirib.
Ağ Evin adının açıqlanmadığı rəsmisinin sözlərinə görə, prezident bal zalının tikintisini öz irsinin bir hissəsi kimi nəzərdən keçirir və layihəni prezidentlik müddətinin sonuna qədər başa çatdırmağa çalışır. Mənbə qeyd edib ki, tikinti başa çatdıqdan sonra demokratların Trampın gördüyü işdən imtina etməsi çətin olacaq.
Bununla belə, Tramp özü də etiraf edib ki, vəzifədən getdikdən sonra ABŞ-da, ehtimal ki, onun şərəfinə heç kim abidə ucaltmayacaq. "Mən gedəndən sonra heç kim bunu etməyəcək", – deyə prezident bildirib.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Maskın Ağ evdəki vəzifəsi açıqlandı
04 Fevral 2025 03:21
Kremldən Ağ evdəki gərginliyə reaksiya
03 Mart 2025 22:14
Ağ Evdəki görüş BAŞA ÇATDI
28 İyul 2026 19:34
Mask Ağ Evdəki vəzifəsindən istefa verib?
30 Aprel 2025 11:29
Gürcü politoloqlar Ağ Evdəki görüşdən danışdılar
10 Avqust 2025 01:43
Baxış sayı:80
Bu xəbər 06 Sentyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları