Demokratlar növbəti seçkiyə hazırlaşırlar: Namizədləri bəllidir
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Demokratların namizədi Kamala Harrisin seçkilərdə məğlub olmasına baxmayaraq, əksər partiya tərəfdarları onun növbəti prezident seçkilərində namizədliyini irəli sürməsini istəyirlər.
Publika.az "The Hill"ə istinadən xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb. Sorğunun nəticələri "Puck News/Echelon Insights" tərəfindən dərc edilib.
Harris, partiya tərəfdarlarının 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi görmək istədikləri sorğuda ümumi lider olaraq ortaya çıxıb.
Demokratların 41%-i Harrisin yenidən namizədliyini dəstəkləyəcək. İkinci yerdə 8% dəstəklə Kaliforniya qubernatoru Gavin Nyusom, üçüncü yerdə isə 7% səslə Harrisin bu kampaniyada vitse-prezident postuna namizədlərindən biri olan Pensilvaniya qubernatoru Coş Şapiro qərarlaşıb.
Sorğu noyabrın 14-18-də 1010 respondent arasında keçirilib və 3,5 faiz bəndi səhv nisbətinə malikdir.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində uduzduqdan sonra ilk çıxışında mübarizəni davam etdirəcəyinə söz vermişdi.
Adəm Abbaslı
Baxış sayı:66
Bu xəbər 21 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















