Demokratlar Trampa qarşı istintaqa başlamaq istəyirlər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Demokratlar Partiyası 2026-cı ildə keçiriləcək aralıq seçkidən sonra ABŞ Konqresinin palatalarından birində səs çoxluğu əldə edə bilsə, demokratlar prezident Donald Tramp və ailəsi ilə bağlı araşdırma aparacaqlar.
Oxu.Az "Breitbart" portalına istinadən xəbər verir ki, bunu Konqresin üzvü Jasmin Krokett deyib.
Krokett bildirib ki, demokratlar Trampın Qətərin kral ailəsindən "Boeing 747" təyyarəsi kimi bahalı hədiyyəni qəbul edərək, qanunu pozub-pozmadığını araşdırırlar. O əlavə edib ki, hazırda ABŞ administrasiyası tərəfindən bağlanan bütün iş sövdələşmələri ilə bağlı araşdırma aparılacaq.
Xatırladaq ki, mayın 14-də Tramp "Boeing 747"nin ABŞ Hərbi Hava Qüvvələrinə veriləcəyini açıqlamışdı. O vurğulayıb ki, təyyarə şəxsən ona hədiyyə verilməyib və hökumət tərəfindən müvəqqəti "Air Force One" - ABŞ Hərbi Hava Qüvvələrinə məxsus prezidenti daşıyan təyyarə kimi istifadə olunacaq. Ağ Evin rəhbərinin sözlərinə görə, yalnız axmaq belə hədiyyəni qəbul etməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















