Icma.az
close
up
RU
Demokratlar Trampın sonunu gətirəcəkmi? ABŞ konqresində impiçment təşəbbüsü

Demokratlar Trampın sonunu gətirəcəkmi? ABŞ konqresində impiçment təşəbbüsü

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin aprel ayında ABŞ-də Prezident Donald Trampın impiçment olunması məsələsi üçüncü dəfə gündəmə gəlib. Demokrat Partiyasının bəzi üzvləri, başda Miçiqan ştatından Konqres üzvü Şri Tanedar olmaqla Trampa qarşı yeni impiçment maddələri ilə Nümayəndələr Palatasına rəsmi təklif təqdim edib.


Maddələr arasında aşağıdakılar yer alır:


    1.    Ədalətin qarşısını alma və icra hakimiyyətindən sui-istifadə
    2.    Maliyyə vəsaitlərinin qanunsuz istifadəsi və Konqresin səlahiyyətlərinin pozulması
    3.    Ticarət səlahiyyətlərindən sui-istifadə və beynəlxalq təcavüz
    4.    Birinci Düzəliş hüquqlarının pozulması
    5.    Qanunsuz vəzifələrin yaradılması
    6.    Rüşvət və korrupsiya
    7.    Avtoritar idarəetmə və Konstitusiyanın pozulması


Bu maddələr prezidentin həm daxili, həm də xarici siyasətdə atdığı addımlarla bağlı ittihamları əhatə edir. Xüsusilə bəzi diplomatik qərarlar, medianın azad fəaliyyətinə müdaxilə və icra hakimiyyətinin sərhədlərinin aşılması əsas mübahisə predmetidir.


Bəs impiçment nə qədər realdır? Tramp üçün real təhlükə varmı?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, bu təşəbbüs hüquqi aspektdən çox, siyasi rəqabətin alətidir:


“Demokratlar bu təşəbbüslə Trampın legitimliyini sual altına almağa, onu ictimai fikirdə zəiflətməyə çalışırlar. Amma Senatda respublikaçıların üstünlük təşkil etməsi impiçmentin uğurla başa çatmasını çətinləşdirir. Bu daha çox siyasi təzyiq mexanizmidir”.


Politoloq hesab edir ki, impiçment təşəbbüsü Trampın siyasi nüfuzuna müəyyən mənada zərər vura bilər, lakin onun real olaraq vəzifədən uzaqlaşdırılması ehtimalı hələlik zəifdir:


“Bu kimi ittihamlar Trampın tərəfdarlarını radikallaşdıra, əleyhdarlarını isə fəallaşdıra bilər. Bu səbəbdən Trampın hakimiyyəti üçün təhlükə nəzəri baxımdan artsa da, praktikada onun vaxtından əvvəl istefası real görünmür.
Trampın ikinci dövründə sosial narazılıqların artması, eləcə də xarici siyasətdə atılan bəzi addımların ABŞ-nin beynəlxalq mövqeyinə zərbə vurması bu təşəbbüsün yaranmasına zəmin yaradıb. Eyni zamanda 2026-cı il Konqres seçkilərinə və gələcək prezidentlik yarışlarına gedən yolda bu cür hüquqi-siyasi manevrlər öncədən mövqelərin müəyyənləşdirilməsi kimi də qiymətləndirilir.
Bu, yalnız Trampın siyasi gələcəyinə yox, bütövlükdə ABŞ-nin demokratik institutlarına inam məsələsinə də toxunur”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri