Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Büdcə haqqında layihə müzakirəyə çıxarılan gündən biz bununla bağlı mövqeyimizi bildirmişik. Ümumiyyətlə, icbari tibbi sığortaya ayrılan məbləğin üçdə bir azaldılmasının əleyhinəyik. Məbləğ 960 milyona endirilib, yəni təxminən 30-34% azaldılıb. Bunun nəticəsində də işsiz adamlar icbari tibbi sığortadan kənarda qalıb. Bu, təkcə səhiyyə sahəsində geriləmə deyil, həm də cəmiyyətin aztəminatlı təbəqəsinin sağlamlıq vəziyyətinin pisləşməsi, yaşam səviyyəsinin aşağı düşməsi deməkdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, icbari tibbi sığorta yalnız pul ödəyənlərə xidmət edir:
"Minlərlə insan qeyri-rəsmi işləyir və rəsmi olaraq işsiz sayılır. Həmçinin iş tapa bilməyən gənclər, orta yaşlılar da var. Bu insanlar tibbi xidmətdən kənarda qalacaqlar. Məcbur qalıb bahalı klinikalara və ya dövlət xəstəxanalarına müraciət etməli olacaqlar ki, bu da onların büdcəsinə böyük zərbədir. Dövlət vətəndaşına müştəri kimi baxmamalıdır. Vətəndaş dövlətin ailə üzvü kimidir. Amma yeni büdcə layihəsində dövlət vətəndaşlara pul mənbəyi kimi baxır. Biz bunun əleyhinəyik".
Sədr deyib ki, tibbi sığortadan kəsilən 400 milyon başqa xalq yönümlü sahələrə yönəldilməyəcək:
"Əksinə, bu pul korrupsiya və lüzumsuz xərclərə gedəcək. Məsələn, keçən ilin büdcəsində dövlət müəssisələrinin rabitə və nəqliyyat xərcləri 521 milyon manat idi. Amma tibbi sığortaya ayrılan vəsait bu qədər deyildi. Bu büdcənin sosial yönümlülüyü yoxdur, tamamilə kapitalist yanaşması ilə hazırlanıb. Biz partiya olaraq əleyhinəyik və digər partiyalara da çağırış etmişik ki, bu layihəyə səs verməsinlər. Əvvəlcə dəyişikliklər edilsin, sonra qəbul edilsin".
Qeyd edək ki, yeni layihəyə əsasən, 2026-cı ildən etibarən işsiz insanlarda illik icbari tibbi sığorta ödənişi etməli olacaqlar.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək KONKRET
29 Oktyabr 2025 15:14
Partiya sədri saxlanılıb
02 Dekabr 2024 14:30
Xalqı aldadırlar Partiya sədri
05 Dekabr 2024 10:33
Partiya sədri azadlığa buraxılıb
17 İyun 2025 16:23
Partiya sədri siyasətdən gedir
24 Fevral 2025 09:37
Baxış sayı:119
Bu xəbər 29 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları