Icma.az
close
up
RU
Demoqrafik inkişaf və göstəricilər

Demoqrafik inkişaf və göstəricilər

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin ölkəmizdə sosialyönümlü istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bu və ya digər amillər demoqrafik inkişafa ciddi təsirini göstərib. Əhalisinin sayı hər il, sabit şəkildə artaraq, 10 milyonu ötən Azərbaycanda dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla, demoqrafik inkişafa təkan verib. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan, bir çox sahələrdə olduğu kimi, bu baxımdan da, nümunəvi ölkədir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində, bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də, davamlı olaraq, yaxşılaşması özünü göstərir. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün, 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir.

Məlumdur ki, dünya əhalisinin demoqrafiyası tarixin müxtəlif dönəmlərində sabit olmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Statistik göstəricilərə nəzər salsaq görərik ki, 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2100-cü ilə qədər isə 16 milyarda çatacaq və bu da əhali sıxlığının bəzi ölkələrdə yoxsulluq və müharibələrə səbəb olacağı ehtimalı yaratmış olur. Dünyada ən sürətli təbii artım 1950–1970 illərində müşahidə olunmuşdur. Ən çox təbii artım isə 1963-cü ildə qeydə alınmışdır. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib. Əhalisinin sayına görə, ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Bildiyimiz kimi, 11 iyul Ümumdünya Əhali Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Dünya əhalisinin demoqrafiyasını və onun qanunauyğunluqlarını öyrənmək iqtisadi coğrafiyanın əsas vəzifələrindən biridir. Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos – yazıram deməkdir. Demoqrafiya əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir.

CƏMİYYƏTDƏ MADDİ NEMƏTLƏRİN ƏSAS İSTEHSALÇISI

Dünya əhalisi yaş strukturuna görə 3 qrupa bölünür. Birincisi, 0–14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15–65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupuna dünya əhalisinin 58% cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8% tutur. Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104–107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bunun müxtəlif səbəbləri var. Bu ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Dünya ölkələrində qadınlar kişilərdən çoxdur. Yəni qadınlar dünya əhalisinin 51%, kişilər isə 49% təşkil edir. Ancaq bəzi Asiya və Afrika ölkələrində bu nisbət dəyişir. Buna səbəb erkən nikah, çoxuşaqlılıq, cəmiyyətdə və ailədə qadının hüquqlarının tapdalanması və qadınlara qarşı zorakılıqdır.

DÜNYANIN ƏN GƏNC QİTƏSİ

Dünya əhalisinin orta sıxlığına gəlincə isə bir çox faktorlara görə regiondan regiona dəyişir. Hazırda dünya əhalisinin orta sıxlığı hər km2 45 nəfərdir. Dünya əhalisinin böyük hissəsi yəni 85%-i şərq yarımkürəsində yaşayır. Əhalinin orta sıxlığına görə birinci yeri Banqladeş tutur. Avropada isə sıxlığına görə ilk yerləri Niderland və Almaniya tutur. Burada sıxlıq hər km2 2000 nəfərdir. Dünyanın ən çox sıx məskunlaşmış əraziləri Şərqi və Cənub-Şərqi Asiya, Çin, Koreya, İndoneziya, Vyetnamdır. Bu ərazilərdə 2 milyard əhali yaşayır.

Sosioloqlar belə müəyyən etmişlər ki, insan bioloji varlıq kimi 100-140 il yaşaya bilər. Ancaq, faktiki olaraq müxtəlif sosial-iqtisadi və ekoloji amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır. Ancaq son dövrlər insan ömrünün uzanması müşahidə olunur. Belə ki, 1950-ci ildə dünyada insanların orta ömür müddəti 50 il idisə, 1994-cü ildə 64,9 yaş, 2019-cu ildə isə 72,3 yaş olub. 2030-cu ildə isə daha iki ilədək artacağı proqnozlaşdırılır. Avropada 65 yaş və ondan yuxarı əhalinin sayı 19% təşkil edir. Bu rəqəm Şimali Amerikada 16%-dir. 2050-ci ildə isə bu göstəricilərin uyğun olaraq, 28% və 23% təşkil edəcəyi gözlənilir. Asiya, Latın Amerikası və Karib hövzəsində yaşlı sakinlərin sayı hazırkı 8%-dən 18%-dək artacaq. Hazırda Afrika dünyanın ən gənc qitəsidir. Ancaq 2050-ci ildə yaşlıların sayı 9 faiz təşkil edəcək. 2004-cü ilin statistikasına əsasən 66,7 il müəyyən olunmuşdur. Dünya əhalisinin orta ömür müddəti artsa da, ümumilikdə regionlar üztə fərq çox böyükdür. Önəmli fərq isə inkişaf etmiş və zəif inkişaf etmiş ölkələr arasında qeydə alınmışdır-28 yaş. Qadın və kişilərin orta ömür müddəti arasında da nzərəçarpacaq fərq vərdır. Belə ki, doğulan zaman oğlan uşaqları qız uşaqlarında çox olsa da (100 qıza 104-107 oğlan) 15 yaşdan sonra onlar arasındakı fərq bərabərləşməyə başlayır, sonrakı yaş strukturunda da qadınların sayı üstünkük təşkil edir. Buna bir çox amillər təsir göstərir.

Təbii ki, dünya ölkələrindəki müharibələr, təbii fəlakətlər də insan ölümlərinə səbəb olur. Rusiya-Ukrayna müharibəsinə nəzər salsaq burada nə qədər sayda hərbi qulluqçunun, eləcə də dinc sakinin həlak olmasının şahidi olarıq. Ötən ilin statistik rəqəmlərinə əsasən, müharibə başlayandan həlak olan 40 mindən çox rusiyalı hərbçinin adı müəyyən edilib. Onlardan 15 min 520-si 2022-ci ildə, ən azı isə 24 min 100-ü isə 2023-cü ildə həlak olub. Rusiya ordusunun real itkiləri daha böyükdür. Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 531 980 nəfərə çatıb.

MDV MƏKANINDA İLK DƏFƏ DEMOQRAFİK İNKİŞAF KONSEPSİYASI

Əlbəttə ki, müasir dövrün çağırışlarına cavab verən, sosial-iqtisadi inkişafı ilə diqqətdə olan Azərbaycan bütün beynəlxalq əhəmiyyət kəsb edən günlər kimi, Dünya Əhali Gününü də 2005-ci ildən etibarən qeyd edir. Son əsrlərdə Azərbaycandakı demoqrafik inkişafa nəzər salsaq görərik ki, 1897-ci ildə Azərbaycanda əhalinin sayı 1 milyon 807 nəfər, Birinci Dünya müharibəsindən əvvəl isə 2 milyon 339 nəfər olub. Dünya müharibəsi, azərbaycanlılara qarşı soyqırımı siyasəti, xarici müdaxilələr ölkə əhalisinin sayına mənfi təsir göstərib və 1920-ci ildə əhalinin sayı 1 milyon 952 nəfərə düşüb. 1980-ci ildə isə bu say 6 milyonu ötüb. 2000-ci ildə isə 8 milyondan artıq əhali qeydə alınıb.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda MDB məkanında, ilk dəfə olaraq, elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafı təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanaraq həyata keçirilib.

2020-ci ilin 1 dekabr vəziyyətinə görə Azərbaycan əhalisinin sayı 10 123 004 nəfər təşkil edib. Əhalinin sayı 2019-cu illə müqayisədə 0,6% artıb. 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb. Bu rəqəmlər bir daha göstərir ki, əhalinin sayında artımlar müşahidə edilməkdədir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, 2000-ci ildə Azərbaycanda əhalinin sayı 8032,8 olmuşdur. Bunlardan şəhər əhalisi 51,1, kənd əhalisi isə 48,9 təşkil edib. 2024-cü ildə isə əhalinin sayı 10180,8 nəfər təşkil edib və şəhər əhalisi 54,5, şəhər əhalisi isə 45,5 faiz təşkil edir. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Ölkə əhalisinin 3.057 milyonu 15-35 yaşında, 2.3 milyonu isə 14-29 yaşında olan gənclər təşkil edir. Bu, ölkəmizdə hər 3 nəfərdən birinin gənc olması deməkdir. Gənclərin 48.3 faizini qadınlar təşkil edir. Gənclərin 52.7 faizi şəhər, qalanı isə kənd yerlərində yaşayırlar. Cari ilin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10230666 nəfər təşkil edib. Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri və idman kompleksləri istifadəyə verilir. Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla, səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Bu gün ardıcıl olaraq həyata keçirilən islahatlar bizə deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see302

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see263

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see243

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see190

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see172

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see158

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see141

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri