Dendrologiya İnstitutunun əməkdaşları Saray təcrübə sahəsində tədqiqat aparıblar
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 17 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının əməkdaşları Saray təcrübə sahəsində tədqiqat işləri aparıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, işin əsas məqsədi sahədə introduksiya olunan bitki növlərinin inkişaf dinamikasını izləmək və payız mövsümü üçün planlaşdırılan elmi-proqram tapşırıqlarının icra vəziyyətini qiymətləndirmək olub.
Təcrübə sahəsində əməkdaşlar tərəfindən ağac və kol bitkilərinin vegetativ vəziyyəti, torpaq və iqlim amillərinin təsiri, eləcə də adaptasiya proseslərinin gedişi ilə bağlı elmi müşahidələr aparılıb. Əldə olunan nəticələr sonrakı tədqiqatlarda istifadə olunacaq.
Laboratoriyanın əməkdaşı elmi işçi Nuray Qədirova Saray təcrübə sahəsində Cillis sezalpiniya (Caesalpinia gillisii Walt) bitkisi üzərində tədqiqat işi aparıb. Bitkinin inkişaf mərhələsində bioekoloji xüsusiyyyətləri, fenologiya, morfologiya inkişaf dinamikası və yerli şəraitə uyğunlaşması öyrənilib.
Uzunömürlü, quraqlığadavamlı, isti və işıqsevən bitki hər il çiçəkləyir və meyvə verir. Dekorativ görünüşə malik olduğundan onun Abşeron ərazisinin yaşıllaşdırmasında istifadəsi məqsədəuyğundur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















