Icma.az
close
up
RU
Dəniz altında nəhəng divar tapıldı: Batan şəhər əfsanələri doğru ola bilər

Dəniz altında nəhəng divar tapıldı: Batan şəhər əfsanələri doğru ola bilər

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Fransız dəniz arxeoloqları Bretan sahillərində 7 min illik, 120 metr uzunluğunda nəhəng sualtı divar aşkar ediblər. Bu sensasion kəşf bölgədə əsrlərdir danışılan batmış şəhər əfsanələrini yenidən gündəmə gətirib.

Sherg.az xəbər verir ki, eramızdan əvvəl təxminən 5-ci minilliyə aid edilən divar, Fransada indiyədək tapılmış ən böyük sualtı tikili kimi qeydə alınıb.

Araşdırmaçılar hesab edir ki, daş dövrü insanları bu qurğunu ya balıq tələsi kimi istifadə edib, ya da yüksələn dəniz səviyyəsinə qarşı müdafiə məqsədilə inşa ediblər. İnşa edildiyi dövrdə bu günkü İl-de-Sen adasının sahilində yerləşən divar, dəniz səviyyəsinin minilliklər ərzində qalxması nəticəsində hazırda 9 metr dərinlikdə qalıb.

Ümumi çəkisi 3 min 300 ton olan divarın eni 20 metr, hündürlüyü isə 2 metrdir. Su altında çalışan tədqiqatçılar divarın içində paralel düzülmüş iri qranit dikilitaşlar da aşkarlayıblar. Bu daşların üzərinə taxta torların çəkildiyi və gelgit zamanı balıqların həmin tələlərə düşdüyü ehtimal olunur.

Arxeoloq İvan Payyenin sözlərinə görə, bu miqyasda tikilini “yüksək təşkilatlanmış ovçu-toplayıcı icma” və ya eramızdan əvvəl 5-ci minillikdə bölgəyə gəlmiş erkən Neolit dövrü xalqları inşa etmiş ola bilər. Divarı təşkil edən monolitlərin Bretanın məşhur Neolit menhir daşlarına bənzəməsi, lakin onların daha qədim olması xüsusi diqqət çəkir.

Divar ilk dəfə geoloq İv Fuke tərəfindən radar xəritələrində sahilaltı vadini kəsən süni xətt kimi görünməsi ilə müəyyən edilib. 2022-ci ilin yayında aparılan ilkin tədqiqatlardan sonra, qış aylarında dəniz yosunlarının geriləməsi ilə qurğu daha detallı şəkildə xəritələndirilib.

Beynəlxalq Dəniz Arxeologiyası jurnalında dərc olunan məqalədə qeyd olunur ki, bu tip qurğular Bretanda məşhur “batmış şəhərlər” əfsanələrinin yaranmasına səbəb olmuş ola bilər. Ən məşhur itmiş şəhərlərdən biri olan İs şəhərinin məhz kəşfin edildiyi bölgənin dərhal şərqindəki Duarnene körfəzində yerləşdiyi iddia edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri