Deniz Göktaş barəsində həbs qərarı verildi
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədə ötən gün saxlanılan gənc komediyaçı Deniz Göktaş barəsində həbs-qətimkan tədbiri seçilib.
Yeniavaz.com “BirGün”ə istinadla xəbər verir ki, o, əvvəlcə prokurorluqda ifadə verib.
Nəşr yazır ki, təxminən iki saat davam edən ifadə prosesində Göktaş “dini dəyərləri təhqir etmə” və sonradan əlavə olunan “Prezidenti təhqir etmə” ittihamları ilə üzləşib.
Bildirilir ki, o, daha sonra həbs tələbi ilə hakim qarşısına çıxarılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir müddət əvvəl Göktaş haqqında “dini dəyərlərin təhqir olunması” iddiası ilə istintaq başladılıb.
Onun “Youtube”da yayımladığı “Ölü dəniz” adlı “Stand-up” şousu ölkədə qalmaqala səbəb olmuşdu. Göktaş satirik formada tənqid etdiyi mövzulara görə qısa müddət ərzində ölkənin əsas gündəminə çevrilmişdi.
Araşdırma başladılmadan bir müddət əvvəl D. Göktaşın xaricə “qaçdığı” iddia olunsa da, o, sosial media vasitəsilə bu iddianı yalanlamış və istirahət məqsədilə müvəqqəti olaraq xaricdə olduğunu bildirmişdi. Ötən gün – iyulun 2-də ölkəyə qayıdan komediyaçı hava limanında saxlanılmışdı.
Bu mövzuda digər xəbərlər:Deniz Göktaş həbs olundu
03 İyul 2026 17:53
Türkiyəyə qayıdan Deniz Göktaş hava limanında saxlanıldı
02 İyul 2026 14:19
Deniz Göktaş hadisəsi: Məsələ din, siyasət, yoxsa söz azadlığıdır?
06 İyul 2026 11:09
İmamoğlu barəsində həbs qərarı verildi
23 Mart 2025 11:21
Koçaryan barəsində həbs qərarı verildi
27 Avqust 2026 09:22
Baxış sayı:85
Bu xəbər 03 İyul 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















