Icma.az
close
up
RU
Dəniz sevdası və cib yükü: Çimərliklərdə istirahət neçəyə başa gəlir?

Dəniz sevdası və cib yükü: Çimərliklərdə istirahət neçəyə başa gəlir?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 15-dən etibarən çimərlik mövsümü start götürüb.

Yaydan zövq almaq istəyənlər isti qum, dəniz dalğası və həzin meh üçün çimərliklərə üz tuturlar.

Çimərlikdən zövq alanlar ilə yanaşı, qiymətlərdən şikayətlənənlər də az deyil. Dənizdə çimmək üçün üz tutulan bəzi məkanlarda alınan ödənişlər narazılığa səbəb olub.

Oxu.Az ərazilərin bir qismində çimərliyə giriş üçün tələb olunan ödənişlər barədə məlumat almaq üçün sorğu keçirib.

Qızılqum və Bilgəh çimərliyində giriş sərbəst və ödənişsizdir. Bura üz tutanlar isə özləri il istədikləri ləvazimatları və qidaları gətirə bilərlər.

Bir neçə çimərlikdə isə yalnız dənizdə çimmək istəsəniz də, müəyyən məbləğdə ödəniş edilməlidir. Belə çimərliklərdən biri də Nardaran ərazisində yerləşir. Burada 10 yaşına qədər olan uşaqlar üçün giriş ödənişsizdir, lakin 10 yaşdan 16 yaşa qədər 20 manat, 16 yaşdan böyük olanlar 50 manat ödəniş etməlidirlər. Qiymətə isə geyim otaqlarından, dəsmallardan, hovuzdan istifadə, habelə həm dəniz, həm də hovuz kənarında istirahət üçün çətirlər, stol-stullar, şezlonqlar ilə təmin olunma daxildir.

Sözügedən ərazidə yerləşən bir başqa məkanda isə hovuzdan istifadə və yuxarıda qeyd olunan xidmətlərdən yararlanmaq üçün 20 manat ödəniş edilir. Hovuzdan istifadə etmək istəməyib dənizə üz tutanlar üçün isə giriş ödənişsizdir, həmçinin onlar şezlonq və çətirlərdən ödənişsiz şəkildə istifadə edə bilərlər. Əraziyə isə 0.5 litr sadə su və uşaq yeməkləri xaric əlavə vasitələrin, qidaların daxil edilməsinə icazə verilmir.

Novxanıda yerləşən çimərlikdə istirahət etmək istəyənlər üçün dənizə giriş ödənişsizdir, lakin istidən yaxa qurtarmaq istəyənlər üçün kölgəliklər, stol-stullar, şezlonqlar ödənişlidir. Bura üz tutan sakinlər özləri ilə diri qarpız və yemişdən savayı, istənilən qida və ləvazimatları gətirə bilərlər. Ərazidə 4 nəfərlik stol-stul 15 manata, şezlonqlar 5 manata, kölgəliklər isə 20-25 manata təklif olunur.

Şıx çimərliyində də yalnız dənizdə istirahət etmək istəyənlər ciblərinə qənaət edə bilərlər. Belə ki, ərazidə dənizə giriş ödənişsiz, yemək və müxtəlif ləvazimatların gətirilməsi sərbəstdir. Yalnız hovuz və ərazidə yerləşən şezlonq, çətirlər və stol-stullardan istifadə üçün öncədən 20 manat ödəniş edilməlidir.

İstirahət üçün Ramanada yerləşən çimərliyi seçmək istəyənlər həftəiçi 20 manat, həftəsonu isə 30 manat ödəniş etməlidirlər. Qiymətə stol-stuldan, şezlonq, çətir və s. kimi ləvazimatlardan istifadə daxildir. Əraziyə əlavə qida və ləvazimatlar ilə daxil olmaq qadağandır.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri