Icma.az
close
up
RU
“Dənizçilər”in gəmisinə su sızır!

“Dənizçilər”in gəmisinə su sızır!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Misli premyer-liqasında mövsümün ikinci yarısının dramatik oyunlarla yadda qalacağına şübhə yoxdu.

Ona görə ki, avrokuboklar uğrunda mübarizə aparan 5 komanda var. “Neftçi” də bu yarışa qoşulsa, hadisələrin axarı daha rəngarəng olacaq. Aşağı pillələrdə də eyni durumun şahidi ola bilərik. Düzdü, hələ ki premyer-liqada qalmaq uğrunda mübarizənin baş rollarında “Kəpəz”lə “Səbail”i görürük. Lakin futbolun sürprizlərlə zəngin olduğunu unutmamalıq. İrəliləyən həftələrdə “Şamaxı” da bu sırada ola bilər. Hətta paytaxt və ya Gəncə təmsilçisi rəqibiylə aradakı fərqi böyük ölçüdə artırmaqla 1-ci liqaya yollanacaq komandanın mövsüm bitmədən öncə bəlli olmasına şərait yarada bilər.
Göründüyü kimi, ehtimallar çoxdu. Belədə bütün komandalar qış fasiləsindən maksimum istifadə etməlidi, xüsusilə də “Səbail”. Bayıl təmsilçisi təkcə sonuncu pillədə qərarlaşdığına görə təhlükə altında deyil. Məhz bu məqamın səbəblərini araşdıranda xeyli çatışmazlığın varlığını və həlli yolunda ciddi addımların atılmadığını görürük. Təbii ki, başlıca problem heyətlə bağlıdı. “Dənizçilər” Şahin Diniyevin istefasından sonra baş məşqçi postuna gətirilən Cavid Hüseynovun rəhbərliyi altında keçirdiyi 6 oyunun 2-də heç-heçə edib, 4-də uduzub. Bu azmış kimi, fəallığıyla seçilən legionerlər, daha doğrusu, Qorka Laruçça, Madi Queta və Ayman Bouali əvvəlki formasını itirib. Xüsusilə əvvəlki Laruççadan əsər-əlamət qalmayıb.
Xatırlayırsızsa, baş məşqçinin bu yöndə görmək istədiyi tədbirlər də fayda vermədi. Mütəxəssis sistemləşmiş kollektiv araya-ərsəyə gətirmək üçün əvvəl 4-1-4-1, ardınca 4-2-3-1 düzülüşünü sınaqdan keçirsə də, arzulanan nəticə hasil olmadı.
İndi azarkeşlər haqlı olaraq gözünü qış “transfer pəncərəsi”nə dikib. Ona görə ki, komandada müəyyən “təmizlik” işlərinin aparılmasını və gücləndirilməsini istəyirlər. Bəli, “Səbail” bu yöndə ilkin addımlarını atıb və Marko Nikoliç, Mirabdulla Abbasov, İnnosent Nşuti kimi oyunçularla anlaşıb. Hətta say etibarilə “dənizçilər” ən çox futbolçuyla anlaşan üç komandadan biridi. Lakin yeni simaların kollektivə nə dərəcədə faydalı olacağə sual altındadı.
Məsələn, ötən mövsüm 1-ci liqada çıxış edən, hazırda hansısa çempionatda təmsil olunmayan “İrəvan”dan ayrılan Mirabdulla 2024-cü ilin yanvarından bəri klubsuz idi. Qazaxıstan premyer-liqasından, dəqiq desək, “Turan”dan gələn Nikoliç sabiq komandasının aparıcı oyunçusu olub. 2023/24 mövsümündə 26 oyunda forma geyən mərkəz müdafiəçisinin hesabında nə qol, nə də məhsuldar olub. Ümumiyyətlə, “Turan” həmin 26 matçın 5-də qələbə qazana bilib. Yəni futbolçunun hansısa səviyyəli kollektivdən gəldiyini desək, yanılarıq. Bəs Nşuti kimdi?


Maraqlıdı ki, klubun mətbuat xidməti bu transferi elan edərkən futbolçunun klub karyerası haqda hansısa məlumat yaymayıb və Ruanda millisinin heyətində çıxdığı 10 matçda 2 qol vurmasını qabardıb. Qeyd edək ki, futbolçu ötən mövsümü “Knoxville”də (ABŞ) keçirib. Adı çəkilən komandanın aşağı liqada çıxış etməsi ayrı dərd, futbolçunun bu kollektivin aparıcı oyunçusu olmaması ayrı qəm. Nşuti 1-ci liqada mümkün 28 matçın 14-də şans qazanıb. Yəqin ki, onun həmin oyunlarda hansısa uğurla yadda qalmadığını təxmin etmək oxucularımız üçün çətin olmaz.
Təbii ki, “dənizçilər”in daha bir neçə futbolçuyla güclənmək ehtimalı böyükdü. Amma hansısa ayrılıqların yaşanması da mümkündü. Qısası, belə çətin dönəmdə atılan addımlar heç də parlaq gələcək vəd etmir. O başqa məsələ ki, ən ciddi səhvə klub rəhbərliyi tərəfindən yol verilib – premyer-liqada qalmaq kimi ciddi və ümdə amal bu səviyyədə təcrübəyə malik olmayan Cavid Hüseynova tapşırılıb. Etiraf edək ki, Şahin Diniyevin vaxtında komanda daha maraqlı, istəkli və əzmkar oyunla diqqəti çəkirdi. Əlbəttə, ürəkaçan nəticə yoxdusa, belə məqamları önə çıxarmaq mənasız yanaşmadı. Sadəcə, Bayıl təmsilçisinin yeni təyinatdan sonra inkişaf etmək əvəzinə gerilədiyini sübut etmək üçün bu cümlələrdən yararlanmağa məcburuq...
Xatırladaq ki, “Səbail” bu gün yoxlama görüşündə “Araz-Naxçıvan”la qarşılaşacaq. Deyəsən, “dənizçilər” qış fasiləsi ərzində cəmi bir yoxlama oyunu keçirmək fikrindədi. Elə bunu da xoşagəlməz detal kimi vurğulaya bilərik. Bəli, vəziyyətdən yeganə çıxış yolunun yoxlama matçı keçirmək olmadığını bilirik. Əsas məsələ maliyyə ilə bağlıdı. Xatırlayırsızsa, ötən ilin mayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-də baş tutan iclasda qurumun İdarə Heyətinin və “Səbail”in Müşahidə Şurasının sədri Rauf Vəliyev büdcənin ötən mövsümlə müqayisədə azaldılmasıyla bağlı qərar verdi. Mövcud maliyyə dayaqlarının yetərli olmadığı Cavid Hüseynovun bəzi açıqlamalarında da hiss olunur. Nümunə üçün baş məşqçinin “Report”a söylədiklərini dinləyin:

“Dəyişiklik imkanımıza bağlı olan prosesdi. O qədər də böyük imkanımızın olmadığı məlumdu... “Səbail” Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək”.


Görünür, “Səbail”in maddi çətinliklər üzündən “transfer pəncərəsi”ndən arzuolunan səviyyədə yararlana bilmədiyi haqda yayılan xəbərlər həqiqətəuyğundu.
Düzdü, “Futbol+” qeyd olunanlar ətrafında Cavid bəylə söhbətləşmək istədi. Lakin mütəxəssis nədənsə bir qədər gözləməyi lazım bildi. Hər halda, klubun icraçı direktoru Firuz Abdulla ümumi vəziyyəti bizdən gizlətmədi:

“Maliyyə vəziyyətimiz sabitdi. Komandamızı formalaşdırmağa çalışırıq. Klub rəhbərliyi, baş məşqçi və seleksiya xidməti ortaq işləyir. Təbii ki, Cavid bəyin razılığı olmadan hansısa futbolçu transfer etmək niyyətimiz yoxdu. Bu barədə son sözü baş məşqçimiz deyir. Onun istəmədiyi oyunçu komandaya gələ bilməz. Hazırda vəziyyətə uyğun addımlar atırıq. Yeni futbolçu lazım olan mövqeləri müəyyənləşdirmişik və transferlər edirik. Premyer-liqada qalıb-qalmayacağımızı əvvəlcədən heç kim deyə bilməz. Təbii ki, məqsədimiz bunu bacarmaqdı. Sona kimi mübarizə aparacağıq. Birlikdə olmalıyıq. Klub rəhbərliyi, məşqçilər korpusu və komanda fəaliyyətini vəhdəti, ümumi futbol zəkası sayəsində məqsədimizə çatacağımıza inanırıq”.


Xatırladaq ki, “Səbail” ilk 18 turda cəmi 9 xal toplayıb.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see384

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see369

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see335

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see322

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see278

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see259

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see256

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see255

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see254

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see252

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see244

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see243

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see227

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see211

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see209

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see194

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see182

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see182

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see178

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri