Dənizdə batmaq üzrə olan qadın xilas edilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2000-ci il təvəllüdlü Ağazadə Şəbnəm Əhməd qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ

Bakıda dənizdə batmaq təhlükəsi olan 26 yaşlı kişi xilas edilib
14 İyun 2025 10:46
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
20 Dekabr 2024 19:57
Bakı bulvarında dənizdə batma təhlükəsi olan qadın xilas edilib VİDEO
20 Dekabr 2024 17:40
Dənizdə batma təhlükəsi olan 16 nəfər xilas edilib
21 İyul 2025 10:50
Dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib
28 İyul 2025 12:01

