Icma.az
close
up
RU
Dənizdə çimmək, yoxsa hovuzda? SORĞU

Dənizdə çimmək, yoxsa hovuzda? SORĞU

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çimərlik mövsümünün başlamasına cəmi bir neçə gün vaxt qalıb. Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir. Təbiətin bütün gözəllikləri ilə canlandığı bu mövsümdə çimərliklər təkcə dincəlmək üçün deyil, eyni zamanda enerji toplamaq, sağlamlıq tapmaq və gündəlik qayğılardan uzaqlaşmaq üçün ən ideal məkana çevrilir. İstər şəhərin yaxınlığında sakit bir künc, istərsə də məşhur istirahət zonası olan, yayın təravətini hiss etmək üçün çimərliklər bizi gözləyir. SƏS TV olaraq çimərlik mövsümü ilə bağlı orada istirahət edənlərin fikrini öyrəndik.

Çimərlikdə istirahət edən şəxs Orucəli Zərbəliyev: "Mən dənizə günaşırı gəlirəm. Hava qızandan sonra da çıxıb gedirik. Qiymətlər də sərfəlidir. Dünən ailəmlə birlikdə gəlmişdim. Bu gün uşaqlar da gələcək, onları da gözləyirəm. Birlikdə gəzmək, dincəlmək fikrimiz var. Buranın təbiəti çox gözəldir, adamın ruhu dincəlir. Səhər biz gələndə bir az hava sərin idi, elə o vaxt da məşq elədim. Bir az idman, bir az gəzmək yaxşı gəlir adama. İndiki vaxtda hava çox istidir, amma səhərlər bir qədər sərin olur. Günorta isə bərk qızır. Adam kölgə axtarır. Təhlükəsizlik baxımından hər şey qaydasındadır. Dövlətin tədbirləri var, polis xidmətləri işləyir, nəzarət olunur. Özümüzü təhlükəsiz hiss edirik.

Təmizlik məsələsində də camaat məsuliyyətlidir. Hər kəs öz zibillərini yığır, yerə atmır. Mən də elə özümə borc bilirəm ki, nə varsa yığıb tullayıram, təbiəti qorumaq lazımdır. Çünki bu yerlər bizimdir, gələcək nəsillərə də qalacaq. Əgər biz qorumasaq, kim qoruyacaq? Ümumilikdə deyim ki, gəzməyə, görməyə, ailə ilə vaxt keçirməyə çox gözəl yerdir. Hər kəsə tövsiyə edirəm".

Çimərlikdə istirahət edən şəxs Vidadi Həmidov: "Mən Bayıldan gəlirəm. Doğrudan da buranın havası, təmizliyi, sakitliyi insana çox xoş gəlir. Hər şey gözəldir. Ətraf mühit səliqəlidir, amma bəzən olur ki, tam da istədiyimiz kimi təmiz olmur. Amma yenə də ümumilikdə, hər gün burada gözəl istirahət edən insanlar var, ailələri ilə gəlirlər, uşaqla, dostla gəlirlər. Burada camaat çox vaxt saat 5-dən 6-ya kimi gəlir. Günorta saatlarında da gəlib bir az dincəlirlər, çünki buranın sakitliyi adamı cəlb edir. Əsas məsələ budur ki, dəniz təmiz olsun, plaj təmiz olsun. Ondan sonra hər şey onsuz da düzəlir, hər kəs öz rahatlığını tapır. Təmizlik olanda insan da özünü yaxşı hiss edir. Suyun temperaturuna gəlincə, dəyişir. Hava temperaturu 28-30 dərəcə arasında olanda su təxminən 20-22 dərəcə olur. Amma elə vaxt olur ki, hava qızır 35-40 dərəcəyə, o zaman su da istiləşir, təxminən 26-28 dərəcə arası olur. Onda suya girmək daha rahat olur. Elə o vaxtlar gələnlər daha çox olur. Gözləyirik ki, gələcək günlərdə gələnlər də olacaq, inşallah.

Yeməyə gəlincə, biz adətən özümüzlə gətiririk. Evdə hazırlayıb gətiririk. Nə yalan deyim, adamın öz bişirdiyi yemək hər şeydən dadlı olur. Həm də insan bilir ki, nə yeyir. Uşaqlar da razı qalır, böyüklər də. Təkcə dəniz yox, ətraf mühit də adamı cəzb edir. Elə bil başqa dünyadır.

Mən artıq bədənimi bu həyat tərzinə uyğunlaşdırmışam. Biz qışda belə çimərliyə gəlirik. Soyuq, buzlu havada suya giririk, sonra qarın üstündə gəzirik, voleybol oynayırıq. Gözəl meydançamız da var. Gəlib burada samovar qurub çay içirik. Bu bizim üçün həm əyləncədir, həm də dincəlmə vasitəsidir.

TikTok-da uşaqlar bu anları paylaşırlar. Soyuq suda çimməyin nə xeyri var deyə sual edənlərə cavabım budur: bu, orqanizm üçün çox faydalıdır. Qan dövranına, sinir sisteminə xeyirlidir. İnsan bədəni üçün mükəmməlliyə, sərbəstliyə və sağlamlığa aparan bir yoldur".

Çimərlikdə istirahət edən şəxs Fərid İbrahimov: "Dəniz üçün rayondan gəlmişəm. Allah Prezidentimizin canını sağ eləsin. Bizim üçün gözəl şərait yaradıb. İstirahət edirik, dəyən, dolaşan yoxdur. Girişdə pul vermədik. Hər şey qaydasındadır. Uşaqlarımı gətirmişəm, əylənirlər burada. Təhlükəsizlik tədbirləri də qaydasındadır. Hər gün uşaqları gətirməyə söz verirəm. Suyun temperaturu da yaxşıdır, təmizdir. Yemək üçün restorana gedəcəyik".

Çimərlikdə istirahət edən şəxs Rza Səlimov: "Hər yay istirahət üçün çimərliyə gəlirik. Həqiqətən, bura çox qəşəng, çox gözəldir. Həmişə təmiz saxlanılır. Arzu edirəm ki, dəniz həmişə bu qədər saf və təmiz qalsın. Amma bir şeyi unutmaq olmaz ki, gözəlliklər heç vaxt zahirən təqdim olunmur, insanlar onları içdən duyurlar. Burada da o duyğunu yaşamaq mümkündür. İnşallah bu yay da uğurlu olar. Deyirlər 15-indən sonra hava daha gözəl, yay havası tam oturuşacaq. Çimərlik mövsümü başlayacaq. Hər şey yaxşı olacaq, buna inanıram. Çünki bura doğrudan da çox gözəl və hərəkətli, canlı bir yerdir. Bu dəfə dostlarımla gəlmişəm, amma hələ evdən gəlməyənlər də var. Qiymətlərə gəldikdə isə, bəzi yerlərdə baxdığımız qiymətlər bir qədər yüksəkdir. Yeri gəlmişkən, burada çətir, bisetka sayı azdır. Əgər sayı çox olsa, daha yaxşı olar. Tələbat var, amma təklif nisbətən azdır. Çimərlik ailəvi istirahət üçün tam uyğun bir yerdir. Dostlarla gələndə başqa bir ab-hava olur, ailə ilə gələndə isə daha fərqli bir hiss yaşanır. Hərəsinin öz yeri, öz gözəlliyi var. Çox sağ olun. Hər kəsə gözəl və xoş istirahətlər arzulayıram".

Çimərlikdə istirahət edən şəxs Hüseyn Fərzaniyən: "Biz sürücüyük. Hər dəfə gələndə mütləq istirahət üçün də dəniz kənarına gəlirik. Dostlarla gəlmişik. Mən çimərliyin ailə üçün uyğun olduğunu düşünmürəm. Həmişə özümüz tək gəlirik. Bizdə belə şey yoxdur. Sərhədlər bağlıdır. Biz tır sürücüsü olduğumuz üçün gələ bilirik. Dənizə də girdik, təhlükəsizlik tədbirləri də çox yaxşıdır. Çimərlik də təmizdir. Özüm sürücüyəm, işim çox gərgin olur. Bu səbəbdən belə yerlərə gəlib dincəlmək mənim üçün həm fiziki, həm də ruhən vacibdir. Bura doğrudan da çox gözəldir – havası təmiz, dənizi sərin, insanları mehribandır. Hər kəsə buranı ziyarət etməyi tövsiyə edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri