Icma.az
close
up
RU
Dənizin ortasında sağ qalma mübarizəsi: 410 gəmi, 6000 dən çox çarəsiz dənizçi...

Dənizin ortasında sağ qalma mübarizəsi: 410 gəmi, 6000 dən çox çarəsiz dənizçi...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Okeanın ortasında, sonsuz suların qaranlığında təkbaşına üzən tənha gəmilər çox vaxt trillerlərin əsas mövzusu olur. Lakin son rəqəmlər bu dəhşətli ssenarinin uydurma deyil, qlobal ticarətin qorxunc bir reallığı olduğunu sübut edir. 

Qaynarinfo xəbər verir ki, 2025-ci ilin məlumatlarına görə, dənizin ortasında 410 gəmi taleyin hökmünə buraxılıb. Bu nəhəng metal konstruksiyalarda ruhlar deyil, aylarla evə qayıtmağı gözləyən 6000-dən çox çarəsiz dənizçi var.

Gəmi tərk edilmə halları əvvəlki ilə nisbətən 31% artıb. Ekspertlər bu artımı "kölgə donanmalar” adlanan və sahibliyi gizlədilən gəmi şəbəkələrinə bağlayır. Çox vaxt bu gəmilərin əsl sahibini tapmaq demək olar ki, mümkün deyil. Daha pis tərəfi nə işçiləri, nə daşıdıqları yükləri təmin edəcək sığorta sistemi fəaliyyət göstərir.

Gəmi sahibləri vergi və rüsumlardan qaçmaq üçün "rahat bayraq” üsulundan istifadə edərək gəmilərini başqa ölkələrin qeydiyyatına keçirir. İşlər tərs gedəndə isə heç bir məsuliyyət daşımadan, heyəti açıq dənizdə taleyi ilə baş-başa buraxıb yox olurlar. Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası nümayəndələri bildirir ki, qlobal iqtisadiyyatın yükünü daşıyan bu insanlar evlərindən minlərlə kilometr uzaqda çarəsiz vəziyyətdə qalırlar.

Açıq dənizdə sağ qalma mübarizəsi

Əfsanələrdəki xəyali gəmi hekayələrinin əksinə, müasir tərk edilmiş gəmilərdə yaşayanlar həqiqi həyat mübarizəsi aparır. Gəmi sahibi dəstəyini çəkəndə kapitan, gəmiyi idarə edəcək pullardan tamamilə məhrum olur. Heyət gəmini işlətməyi bilsə belə, yanacaq və texniki dəstək olmadan nəhəng mühərrikləri işlətmək mümkün deyil. Bu vəziyyət heyətin limana dönməsini və ya ən əsas ehtiyaclarını qarşılamağını əngəlləyir.

Bir gəmi tərk edildikdə, vəziyyət Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) kimi qurumlara bildirilsə də, bürokratik proseslər çox yavaş irəliləyir; gəmi sahibini tapmaq və hüquqi tədbir görmək aylar, bəzən illər çəkir. Bir hal, heyətin bütün maaşları ödənib təhlükəsiz şəkildə evlərinə qayıdana qədər rəsmi olaraq həll olunmuş sayılmır.

Bu qeyri-müəyyənlik mühitində dənizçilər, tükənmək üzrə olan qida və su ehtiyatları ilə okeanın ortasında qalırlar. Xarici dünya ilə əlaqələri kəsilmiş və hüquqi boşluqda gözləyən bu insanlar üçün yük gəmiləri üzən həbsxanaya çevrilir. Müasir ticarətin görünməz qurbanları olan bu dənizçilər, əksər hallarda ictimaiyyətin xəbəri olmadan ıssız sulara sürüklənməyə davam edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:389
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Fevral 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri