Icma.az
close
up
RU
Dənizkənarı Bulvar İdarəsi” sabiq sədrinin məhkəməsi başlayıb

Dənizkənarı Bulvar İdarəsi” sabiq sədrinin məhkəməsi başlayıb

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmıdovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə İlqar Mustafayevin vəkilləri vəsatətlə çıxış edib. Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəkil bildirib ki, şahidlərə təsir göstərmək mümkün deyil: "Çünki bu cinayət işi audit yoxlaması nəticəsində başlanılıb. İş araşdırılması zamanı ifadə verən şahidlərin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyiblər. Cinayət işi müstəntiqin mülahizələrinidən ibarətdir".

Vəkil əlavə edib ki, müvəkkilin səhhətində də ciddi problemlər var, onun uzun müddətli həbsdə qalması düzgün olmazdı. Vəkil onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.

Müdafiəçi həmçini İlqar Mustafayevin dəmir barmaqlıqlar arasında yox, müdafiəçiləri ilə yanaşı əyləşməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilləri həmçinin onun dövlət təltifləri olmasının deyiblər.

Daha sonra Fuad Babayevin vəkili çıxış edib. Deyib ki, müvəkkili 11 milyon manatlıq mənimsəmədə ittiham olunur. Vəkil bildirib ki, təqsirləndirilən şəxsin yaşadığı ev, bir torpaq sahəsi və avtomobili var: "Fuad Babayevin əmlakları bundan ibarətdir. Biz bu əmlakların sənədlərini məhkəməyə təqdim edirik ki, 11 milyon manatlıq mənimsəməkdə ittiham olunan şəxsin əmlakları bundan ibarətdir. Əgər belə böyük mənimsəmə də ittiham olunan şəxsin əmlakı daha çox olardı. Biz bu sənədlərin sübutlar siyahısına əlavə olunmasını təklif edirik'.

Digər təqsirləndirilən Rəşad Bədəlovun vəkili isə cinayət işinin əsassız olduğunu, cinayət işinə xitam verilməsini istəyib.

İlqar Mustafayev deyib ki, 18 aydır təzyiqlər altındadır: "Hesablama palatası 2023-cü ilin dekabrında yoxlama başladı. 2024-cü ilin yanvarında yoxlama başa çatdı, mən vəzifəmdən azad olundum. 8 aya yaxında Nazirlər Kabineti yoxlama aparıldı. Avqust ayında məni dəvət etdilər. Orada 4 nəfər var idi. Bunların arasında vergilər, bulvar idarəsi yeni rəisi var idi. Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisən. Mən də dedim ki, bunu sözlər demək olmaz bunu təsdiqləyən akt hanı? Dedilər ki, ya dediyinizi etməlisən, ya da sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqust ayında işimi prokurorluğa göndərdilər. Mən dövlətə, dövlətçiliyə sadiq olmuşam. Məhkəmənin ədalətinə inanıram. Ədalət bərpa olunacaq".

Məhkəmə müdafiəçilərin vəsatətlərini təmin etməyib. Dövlət ittihamçısınin işin məhkəmə baxışına verilməsi barədə təklifini qəbul edib. İş məhkəmə baxışına verilib..

Məhkəmə baxışı iyulun 28-ə təyin olunub.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İllqar Mustafayev barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 İyul 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see274

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see266

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see154

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see146

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see140

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see139

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see134

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see128

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri