Dənizkənarı Bulvar Yeni İlə xüsusi hazırlaşıb Bu dəfə Buz Meydançası da olacaq
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dənizkənarı Bulvar İdarəsi bu ilki Yeni il yarmarkasına da xüsusi hazırlıq görüb. Bu ilki yarmarka yeni və fərqli tərtibatda hazırlanıb. Burada yarmarkasının quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma birlikdə bulvarın daxilində sanki kiçik şəhərcik görüntüsü yaradır.
BAKU.WS xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkanın ən diqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada buz meydançasıdır. ÜNNA Studio tərəfindən qurulan və Nargis Fondu tərəfindən təşkil olunan bu meydança "Dinamo" ərazisində yerləşir və 1 dekabrdan 5 yanvara qədər fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradıb.
Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıq səviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahət imkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır. İşıqlandırma və qışa xas detallarla tamamlanan meydança bulvara fərqli bir mövsümi rəng qatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 01 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















