Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır.
Bu barədə "Report"a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
"Bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni İlə Bu il Dənizkənarı Bulvar İdarəsi olaraq çalışmışıq ki, bayram əhval-ruhiyyəsi daha yaxşı çatdırmaq, bir növ qonaqlarımızın zövqünü oxşamaq üçün Yeni il hazırlıqlarını daha geniş miqyasda, yeni və fərqli tərtibatda təqdim edək", - Ə.Mehdiyeva bildirib.
Bulvar rəsmisi qeyd edib ki, Milli Parkın əksər hissələri, xüsusilə də ziyarətçi axınının sıx olduğu istiqamətlərin hər yeri bayram dekorasiyaları, müxtəlif yeni il instalyasiyaları ilə bəzədilib: "Demək olar ki, hər addımbaşı xüsusi işıqlarla bəzədilmiş yolkaları görmək mümkündür. Bildiyiniz kimi, şəhərimizin ən hündür və gözəl Yeni il yolkalarından ikisi məhz bulvar ərazisində bəzədilir. Onların hündürlüyü təqribən 20 metrə yaxındır".
Ə.Mehdiyeva qeyd edib ki, bulvarın giriş hissələrində xüsusi tərtibatla işıq dekorasiyaları var. Bununla yanaşı, Kukla teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 Dekabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















