Depay uzun müddətə sıradan çıxdı
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Korintians"ın niderlandlı hücumçusu Memfis Depay sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, Braziliya klubu bu barədə açıqlama yayıb.
Ulduz futbolçuya sağ ayağında ikinci dərəcəli əzələ dartılması diaqnozu qoyulub. O, dörd həftə yaşıl meydanlardan kənarda qalacaq və Libertadores Kubokunun ilk turunda oynamayacaq. Zədə 22 martda "Flamenqo" ilə 1:1 hesablı heç-heçə bitən matçın ilk hissəsində alınıb. Komanda yoldaşının qol vurmasına şərait yaradan futbolçu epizodun ardından budundan yapışaraq meydana yıxılıb.
Braziliya klubu qeyd edib ki, Depay milli komandanın Norveç və Ekvadorla oyunlarında iştirak etmək üçün çağırılmış vətənində müalicə alacaq.
Memfis Depay 2024-cü ildə "Korintians"a qoşulub. O, bu mövsüm 12 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsinin müddəti yayın sonuna qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Mart 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















