Icma.az
close
up
RU
Depressiyanı, stressi azaltmaq, immuniteti gücləndirmək üçün çox sadə üsul

Depressiyanı, stressi azaltmaq, immuniteti gücləndirmək üçün çox sadə üsul

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Desəm ki, günümüzdə uşaqlarını xüsusən oğlan uşaqlarını yalnız yatarkən qucaqlayan və əzizləyən valideynlər var, inanarsınızmı?

Bəli, onlar bizim aramızda yaşayır, işləyir, çalışırlar. Bu növ valideynlər düşünürlər ki, uşaq valideyndən nə qədər çox fiziki nəvaziş, qayğı və sığal görərsə tərbiyə prosesi bir o qədər mürəkkəbləşər və uşaqlar ipə-sapa yatmazlar.

Nədənsə bu növ valideynlər “qadın kişidən nə qədər qorxarsa bir o qədər yaxşıdır” prinsipinin tərəfdarlarını xatırladır. Həqiqətdə isə qan və canla yaxın olan insanlar arasında fiziki nəvazişin ən yüksək forması olan “sarılma” münasibətlərin sağlamlığı və balansı üçün çox önəmlidir. Ailə psixoloqu Virginia Satir qeyd edir:

“Yaşam üçün bizim gündə 4, mənəvi bərpa üçün gündə 8, böyümək və inkişaf etmək üçün isə gündə 12 dəfə qucaqlaşma ehtiyacımız var”.

Anladığınız kimi körpənin və uşaqların qucaqda olmaq və qucaqlaşmaq niyyəti ərköyünlük yox, mənəvi və psixoloji bir ehtiyacdır. Cəmiyyətdə sezdiyimiz qaraqabaq, üzügülməz və passiv aqressiv insanların böyük əksəriyyətinin çox ehtimal ki, uşaqlıqda “qucu-qucu” ehtiyacları ödənilməmiş və ya cüzi ödənilmişdir.

Cəmiyyətdə sezilən digər bir xoşagəlməz hal, xüsusən yeniyetməlik dövründə qarşı cins tərəflərinin bir-birində fiziki nəvaziş və təsəlli tapmağın eybəcər bir formada həyata keçirmələridir. Məşhur amerikalı psixoloq Gary CHapman “5 languages of love” kitabında bunun izahını çox gözəl şəkildə oxuyucularına çatdırır. Müəllif qeyd edir ki, əksər yeniyetmələrin istər qız, istərsə də oğlan tərəfindən qeyri-rəsmi cinsi münasibətlərə can atmasının səbəbi yaxın ailə üzvlərindən emosional və fiziki nəvaziş görməmələrindən qaynaqlanır. Kim bilərdi ki, yeniyetməlik dövründə erkən hamiləliklərin artması, yeniyetmə depressiyaları və aqressiyaları və bu kimi xoşagəlməz hallara profilaktika sadəcə qucaqlaşmaq ola bilər? Əslində bunun biokimyəvi səviyyədə baş verən və elm tərəfindən açıqlanan səbəbləri vardır. Bəli, yenə də hormonlar!

Qucaqlaşma prosesi bədəndə oksitosin- “sevgi”, serotonin-“xoşbəxtlik” və dopamin -“həzz” hormonlarının ifrazına səbəb olur. Bu hormonlar depressiya, stress, yüksək qan təzyiqi və ürək xəstəliklərinə qarşı bədənin ən gözəl profilaktikasıdır. Qucaqlaşma bədəndə ağ qan hüceyrələrinin istehsalını artırmaqla immun sistemini gücləndirir.

Qucaqlaşmaq istənilən yaşda təklik hissi, qorxu, həyəcan, hirs, təcrid olma kimi hissləri azaldır, çünki, bədəndən-bədənə nəvaziş təhlükəsizlik və əminlik hissləri oyadır. Bu isə öz növbəsində xüsusən əksər valideynlərin arzuladığı açıq və dürüst kommunikasiya qurmağa zəmin yaradır. Bu səbəbdən növbəti dəfə yaxınlarınızla- xüsusən uşaqlarınızla ciddi söhbətə başlamamışdan öncə onları qucaqlamağa çalışın. Qucaqlaşma hər iki tərəfin özünəinam hissini artırır, sinir sistemini balanslaşdırır, mənfi fikirləri və hissləri qovaraq, bədənimizi ürəyimizin və nəfəsimizin ritminə calayır.

Həmçinin qucaqlaşma insanlarda bölüşmək və paylaşmaq kimi ali hissləri oyadır. İnsanlar xüsusən valideyn və uşaqlar arasında olan münasibətlərə ən gözəl sərmayə kimi qiymətləndirilir çünki, barışıq, anlama və fəhm hissləri oyadır. Qucaqlaşmaq üçün uşağın böyüməsini gözləmək lazım deyil. Onlar hələ kiçik ikən onları tez-tez qucağınıza alın, körpələrin qucağa öyrəşməyindən qorxmayın. Emory Universitetinin araşdırmasına görə bolluca qucaq alan körpələr daha az stressə məruz qalırlar və böyüdükdə streslərinə daha yaxşı qalib gələ bilirlər. Hətta ahıl yaşda olan valideyn, nənə-baba və qohumları da qucaqlamağı unutmamaq və onlara beləcə xoş nəvaziş göstərmək mütləqdir.

Əlavə araşdırmalar göstərir ki, ananın bətnində yaşayan körpə dünyaya gələndən sonra qucağa və bədən təmasına çox ehtiyacı olur. Məhz bu səbəbdən müasir tibb körpəni doğulan kimi ana və ya atanın qucağına qoyulmasını dönə-dönə məsləhət görür. Doğulduqdan sonra çoxlu bədən təmasında olan körpələr daha az qazlılıqdan əziyyət çəkirlər. Atalar unutmamalıdır ki, istənilən yaşda övladının qucaqlaşma nəvazişində onlara da böyük ehtiyac var. Uşaqlarının qucaqlamaq təkcə ananın vəzifəsi və adəti deyil.

Səhəri ailəvi qucaqlaşma ilə açmağı və ya yatmazdan öncə “yuxun şirin olsun” adətini qucaqlaşma ilə müşayiət etməyi ənənəyə çevirməyə dəyər. Heç kəsi kənarda qoymayın: körpələrinizi, uşaqlarınızı, yeniyetmələrinizi, valideynlərinizi, qayın valideynlərinizi və əlbəttə ki, həyat yoldaşınızı sidq ürəklə qucaqlayın.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see336

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see248

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see214

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see171

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see143

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see138

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see136

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see116

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see116

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri