Icma.az
close
up
RU
Deputat: “400 manatla ailə dolandırmaq mümkünsüzdür”

Deputat: “400 manatla ailə dolandırmaq mümkünsüzdür”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın məşğulluq siyasətinin rəqəmsallaşdırılması və ƏMAS platformasının istifadəyə verilməsi müsbət və təqdirəlayiq addımdır. Hazırda sistemdə 65 mindən çox aktiv vakansiyanın olması əmək bazarında müəyyən hərəkətliliyin göstəricisidir. Lakin əsas sual budur: bu vakansiyalar vətəndaşların peşəsinə, yaşadığı əraziyə, ixtisasına və əməkhaqqı gözləntilərinə nə dərəcədə uyğundur?”

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri əmək bazarındakı mövcud vəziyyəti, rəqəmsal platformaların effektivliyini və regionlardakı sosial reallıqları şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

MCP başqanı bölgələrdə keçirdiyi görüşlər zamanı qarşılaşdığı mənzərənin rəsmi statistikadan fərqləndiyini bildirib:

“Millət vəkili kimi regionlarda keçirdiyim müntəzəm görüşlər zamanı gördüyüm mənzərə rəsmi rəqəmlərlə tam üst-üstə düşmür. İnsanlar daha çox daimi və təminatlı iş yerlərinin azlığından şikayət edirlər. Kənd yerində yaşayan vətəndaşın qarşısına Bakı və ya Abşeron üzrə vakansiya çıxarmaq problemi həll etmir. Çünki həmin insanın nə köçmək imkanı var, nə də təklif olunan əməkhaqqı kirayə və yol xərclərini ödəyir.

Eyni zamanda, sistemdə görünən hər vakansiya real işə qəbul demək deyil. Uzun müddət yenilənməyən, formal xarakter daşıyan və ya namizədi əvvəlcədən müəyyən edilmiş vakansiyalar cəmiyyətdə haqlı narazılıq yaradır. Ona görə də statistikadakı vakansiya sayı ilə real məşğulluq imkanlarını eyniləşdirmək doğru deyil”.

Millət vəkili məşğulluq siyasətinin qiymətləndirilməsində əsas meyarın işin dayanıqlılığı olduğunu vurğulayıb: 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq on minlərlə vətəndaşın işlə təmin olunduğunu açıqlayır. Lakin bu iş yerlərinin nə qədərinin uzunmüddətli olduğu, işə qəbul edilənlərin neçə müddət çalışdığı və hansı hissəsinin tezliklə yenidən işsiz qaldığı barədə ətraflı məlumat verilmir. 

Məşğulluq siyasətinin real səmərəliliyi yalnız işə qəbul olunanların sayı ilə deyil, onların davamlı və layiqli məşğulluqla təmin edilməsi ilə ölçülməlidir”.

Deputat əməkhaqqı diapazonu və regionların iqtisadi inkişafı məsələsinə də diqqət çəkib:

“Sistemdə ən yüksək əməkhaqqı 10 min, ən aşağı isə 400 manat təşkil edir. Yüksək maaşlı vakansiyalar sevindirici olsa da, böyük əksəriyyət aşağı və orta diapazondadır. 

Bugünkü qiymətlər fonunda 400-600 manatlıq əməkhaqqı ilə xüsusilə kirayədə yaşayan və ya rayonlardan gələn şəxslər üçün ailə dolandırmaq oldukça çətindir.

Regionlarda sənaye, emal müəssisələri, aqrar-sanaye, logistika və xidmət sahələri inkişaf etmədən işsizlik problemini yalnız elektron platformalarla həll etmək mümkün olmayacaq. Rəsmi statistika insanların gündəlik həyatda hiss etdiyi sosial reallıqla uyğunlaşmalıdır. 

Mövcud problemləri etiraf etmək və xüsusilə regionlarda yeni, dayanıqlı, yüksək maaşlı iş yerlərinin yaradılmasını prioritetə çevirmək zəruridir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri