Icma.az
close
up
RU
Deputat: Anım Günü Zəfərlə bitən savaş tariximizin şərəfli səhifəsidir

Deputat: Anım Günü Zəfərlə bitən savaş tariximizin şərəfli səhifəsidir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən 27 sentyabr – Anım Günü Zəfərlə bitən savaş tariximizin şərəfli səhifəsidir. Bu tarix həm də qüdrətli Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin, 30 illik işğala və ikiəsrlik tarixi ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı gündür. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı ətrafında sıx birləşib illərlə düşmən tapdağı altında qalan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğu tarixdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov səsləndirib.

Deputat vurğulayıb ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı, 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi - "dəmir yumruq" əməliyyatı başladı. Həmin gün xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin təntənəsi oldu.

“Müzəffər Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Məhz bu dövrdə həm də Azərbaycana qarşı beynəlxalq təzyiqlər daha da gücləndi. Ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyev əsl diplomatik məharətini nümayiş etdirdi. Azərbaycan Prezidenti müharibə günlərində verdiyi müsahibələr kontekstində Ermənistana, onun havadarlarına və dünya erməniliyinə informasiya savaşında da qalib gəldi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi”, - deyə A.Məmmədov diqqətə çatdırıb.

Deputat qeyd edib ki, bizim mübarizəmiz torpaqlarımızın işğaldan azad olunması uğrunda haqq işimiz olmaqla yanaşı, beynəlxalq hüququn bütün tələblərinə uyğun aparıldı. Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara həmişə sadiq oldu, biz hərbi əməliyyatları heç vaxt döyüş meydanından kənara çıxarmadıq, dinc əhali, mülki infrastrukturları qətiyyən hədəf almadıq. Döyüş meydanında uduzan düşmən isə həmişəki kimi beynəlxalq hüquqa zidd olan terror və təxribatlar törətdi, dinc əhalini, mülki obyektləri, işğal altında olan torpaqlarımızdan kənarda yerləşən rayonları hədəf aldı, üçüncü dövlətləri münaqişəyə cəlb etməyə çalışaraq münaqişənin miqyasını genişləndirməklə Azərbaycan qarşısında siyasi məsuliyyətdən qaçmağa çalışdı. Lakin bütün bu cəhdlər düşməni məğlubiyyətdən, kapitulyasiya aktına imza atmaqdan xilas edə bilmədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri və torpalarımızın düşmən işğalından azad edilməsi ilə nəticələndi, ədalət bərpa olundu.

“Ötən beş il müddətində Azərbaycan Ordusunun daha da müasirləşdirilməsi istiqamətində təsirli addımlar atılıb. Maddi-texniki təchizatın ən yüksək səviyyədə təmin olunması üçün hərbi texniki sahədə əməkdaşlıq dairəsi xeyli genişləndirilib, həmçinin yeni hərbi birləşmələr yaradılıb. Dövlət sərhədimizin təhlükəsizliyinin təmin olunması istiqamətində bütün effektiv tədbirləri həyata keçirə bilər. Ermənistan tərəfi də aydın görür ki, törətmiş olduğu təxribatlar onların özünə baha başa gəlir

Vətən müharibəsi Ordumuzun gücünü, qüdrətini, rəşadətini göstərməklə yanaşı, Azərbaycanın hərb yolu ilə torpaqlarını işğaldan azad etmək əzmini göstərdi. Dünyaya bəyan etdi ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayıb. Torpaqlarını işğaldan azad edib, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən ölkəmiz artıq regionda yeni reallığın yarandığını, həmçinin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasının, təhlükəsizliyin tərəfdarı olduğunu göstərdi. Özü haqqı, ədaləti bərpa etdi”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri