Icma.az
close
up
RU
Deputat: Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərdi

Deputat: Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

2016-cı ilin Aprel döyüşlərinin Azərbaycan hərb tarixində xüsusi yeri var.

Bu döyüşlər Azərbaycan Ordusunun təkcə hərbi gücünü deyil, eyni zamanda peşəkarlığını, döyüş ruhunu və yüksək hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi. Qısa müddət ərzində əldə edilən uğurlar göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri zamanı həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində ermənilərin uzun illər ərzində qurduğu möhkəmləndirilmiş müdafiə xətti yarıldı:

“Ordumuz həm taktiki, həm də strateji baxımdan üstünlüyü ələ alaraq mühüm yüksəklikləri və əlverişli mövqeləri nəzarətə götürdü. Bu isə gələcək hərbi əməliyyatlar üçün mühüm baza rolunu oynadı və vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu. Xüsusilə Lələtəpə yüksəkliyinin azad olunması bu döyüşlərin ən mühüm uğurlarından biri kimi tarixə düşdü.

Bu strateji mövqenin geri qaytarılması nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam nəzarətimizə keçdi və illər sonra həmin əraziyə həyat qayıtdı. Ümumilikdə 2 min hektardan artıq ərazinin işğaldan azad edilməsi ordumuzun gücünün real göstəricisi olmaqla yanaşı, xalqımızın qələbə əzmini daha da gücləndirdi”.

S.Salmanova bildirib ki, Aprel döyüşlərinin ən önəmli nəticələrindən biri isə ermənilərin illər boyu formalaşdırmağa çalışdığı “məğlubedilməzlik” mifinin darmadağın edilməsi oldu:

“Həm canlı qüvvə, həm də hərbi texnika baxımından ciddi itkilər verən qarşı tərəf, Azərbaycan Ordusunun artan gücünü və döyüş qabiliyyətini açıq şəkildə gördü. Bu hadisə təkcə hərbi müstəvidə deyil, həm də psixoloji və informasiya müharibəsində mühüm üstünlük qazandırdı. Aprel döyüşləri bir daha sübut etdi ki, güclü dövlət, güclü ordu və milli birlik amili bir araya gəldikdə, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq mümkündür”.

Parlamentari qeyd edib ki, bu uğurların arxasında isə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, düşünülmüş hərbi strategiyası və güclü siyasi iradəsi dayanır:

“Onun rəhbərliyi ilə Azərbaycan Ordusu son illər ərzində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, ən müasir silah və texnika ilə təchiz edilib, döyüş hazırlığı daha da yüksəldilib.

Aprel döyüşləri bu məqsədyönlü siyasətin ilk real nəticələrindən biri kimi tarixə düşdü. Hesab edirəm ki, Aprel döyüşləri Azərbaycan tarixində böyük Zəfərə aparan yolun başlanğıcı, milli ruhun dirçəlişi və dövlət gücünün təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu döyüşlər həm hərbi təcrübənin formalaşmasına, həm də əməliyyatların planlaşdırılması və icrası baxımından ciddi hazırlıq rolunu oynadı.

Nəticə etibarilə, 2020-ci ildə Azərbaycan Ordusu qısa müddət ərzində işğal altında olan torpaqları azad edərək ölkənin ərazi bütövlüyünü təmin etdi və regionda yeni geosiyasi reallıq yaratdı. Müharibədən sonrakı dövr isə Azərbaycanın gücünü yeni müstəvidə – quruculuq və inkişaf sahəsində nümayiş etdirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazilərdə həyat yenidən canlanır, insanlar yaşayır, işləyir, övladları təhsil alır. Bu isə təkcə fiziki bərpa deyil, həm də tarixi ədalətin bərpasıdır”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Aprel 2026 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri