Icma.az
close
up
RU
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailələri üçün iftar süfrəsi təşkil edib FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailələri üçün iftar süfrəsi təşkil edib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Fevralın 26-sı – xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı günündə, müqəddəs Ramazan ayının mənəvi işığında Zaqatala rayonunda Xocalı şəhidlərinin, eləcə də Vətənimizin azadlığı uğrunda canından keçmiş bütün qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş ehsan iftar süfrəsi təşkil edilib.

"Unikal" xəbər verir ki, millət vəkili Asif Əsgərovun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mərasimdə ümumilikdə 250 nəfər iştirak edib. Tədbirdə şəhid ailələri, qazilər, aztəminatlı ailələr, Zaqatala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının kollektivi və rayon ağsaqqalları iştirak ediblər.

İftar süfrəsi zamanı din xadimləri tərəfindən Qurani-Kərim tilavət olunub, dualar oxunub, Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu ehtiramla yad edilib. Mərasim iştirakçıları şəhidlərin əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə anıblar.

Tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov bildirib ki, Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və bu ağrılı tarix heç vaxt unudulmayacaq. O qeyd edib ki, şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq, onların bizə əmanət qoyduğu Vətənə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur. Millət vəkili vurğulayıb ki, şəhid ailələri və qazilər hər zaman diqqət və qayğı mərkəzindədir və bundan sonra da belə olacaq.

Sonda şəhidlərimizin ruhuna bir daha dualar oxunub, Allahdan bütün şəhidlərimizə rəhmət dilənib. Eyni zamanda göstərilən diqqət və qayğıya görə həm şəhid ailələri, həm də aztəminatlı ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, belə tədbirlər dövlət rəhbərliyinin insan amilinə verdiyi yüksək dəyərin və sosial həssas təbəqələrə göstərilən xüsusi diqqətin bariz nümunəsidir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Fevral 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri