Deputat Avropa Komissiyasının prezidentini məhkəməyə verir
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Almaniyanın Sahra Vaqenknext İttifaqı (BSW) partiyasından olan Avropa Parlamentinin üzvü Fabio De Masi Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı məhkəmə iddiası qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
"De Masi fon der Leyeni məlumatları gizlətməkdə və Avropa Parlamentinin sorğularını qulaqardına vurmaqda ittiham edir. Şikayətin mahiyyəti AK prezidentinin müdafiə sənayesi nümayəndələri ilə qarşılıqlı əlaqələri barədə tam məlumat verməkdən imtina etməsidir", - deyə mətndə bildirilir.
De Masi fon der Leyenin 2024-cü ilin ortalarından başlayaraq silah şirkətləri ilə görüşləri, zəngləri və yazışmaları barədə məlumatların açıqlanmasını tələb edir.
Gülayə Mecid
Baxış sayı:48
Bu xəbər 07 Yanvar 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















