Icma.az
close
up
RU
Deputat: Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir

Deputat: Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçrə parlamentinin aşağı palatasında qəbul olunmuş anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu qətnamə qəbul edərək Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini davam etdirir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa və erməni lobbisinin təsiri altına düşmüş Qərbi narahat edən əsas məsələ Azərbaycanın öz ərazilərinin suverənliyi təmin etməsi, müstəqil siyasət yürütməsi, COP 29 kimi böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir:

“Əslində Avropa Parlamentində bir azca ədalət olsaydı ilk növbədə Avropanın mərkəzində yerləşən Fransanın diktator fəaliyyətindən, Makron hakimiyyətinin XXI əsrdə davam etdirdiyi neokolonizm siyasətindən və ada dövlətlərində yaşayan xalqların təməl hüquqlarının kobudcasına tapdalamasından danışardı. Təəssüf ki, bu baş vermir. Hesab edirəm ki, Avropa Parlamentində cəmləşmiş xristian yuvası dağılmalı və dünyada yaşayan bütün insanların dinindən, irqindən asıllı olmayaraq hamının hüquqları bərabər olduğu bir dünya birliyinin yaranacağı labüddür. Çünki Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır”.

Deputat vurğulayıb ki, Qərbin Azərbaycana qarşı siyasi təzyiq cəhdləri davam etdirildiyi məqamda Azərbaycan Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində bu təşkilata üzv qəbul edilib:

“Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM-ə malik bu təşkilata üzvülüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq. Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək. D8-ə üzv olmaq, Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri