Deputat: Azərbaycan BƏƏ münasibətləri strateji tərəfdaşlıq xarakteri üzərindən inkişaf edir
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın ən yaxın tərəfdaşlarından birinə çevrilib”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, BƏƏ ilə Azərbaycanın münasibətlərinin dərinləşdirilməsi xüsusilə mövcud reallıqlarda uzaqgörən siyasətdən xəbər verir: “Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin dərinləşdirilməsi niyə bu qədər vacibdir?” deyə sual etsək, o zaman bir neçə məqam diqqəti cəlb edir. Birləşmiş Ərəb Əmirlikləri iqtisadi sabitlik yaratmış, buna nail olmuş ölkədir. Belə ki, BƏƏ qlobal iqtisadi dalğalanmalara uğurla tab gətirmiş və iqtisadi sabitlik sahəsində, bunu təmin etməyin yolları baxımından güclü təcrübəyə malikdir. Sözügedən ölkə həm də səmərəli dövlət prosedurları ilə biznes üçün əlverişli mühiti təmin etməyi bacarmışdır. Bu ölkə azad ticarət zonalarına malikdir. Vergi güzəştləri və müəyyən sektorlarda tam xarici mülkiyyət kimi müxtəlif güzəştlər təklif edir. Ölkə strateji yerləşmə baxımından da mühüm bir coğrafiyada qərar tutur. Avropa, Asiya və Afrikanın kəsişməsində yerləşən BƏƏ coğrafi cəhətdən əlverişli mövqeyə malikdir. Bu mövqe biznes dairələri qlobal miqyasda əsas bazarlarla birləşdirən vacib logistika və nəqliyyat mərkəzi kimi xidmət göstərir. BƏƏ Ərəbistan yarımadasının cənub-şərqində Oman və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Göründüyü kimi son dərəcə strateji nöqtədə yerləşən bu ölkə ilə Azərbaycanın münasibətlərinin dərinləşdirilməsi xüsusilə mövcud reallıqlarda uzaqgörən siyasətdən xəbər verir”.
Deputat Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə budəfəki səfərinə də diqqət çəkib: “Münasibətlərimiz strateji tərəfdaşlıq xarakteri üzərindən inkişaf edir. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şuşaya səfər edərək Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsində konkret və əməli dəstəyini ifadə edib. Səfər zamanı xüsusi diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər. Həmin bu təlim zamanı daha önəmli məqamlardan biri ondan ibarətdir ki, burada yaşayış məntəqəsi, dağlıq ərazi olmaqla həm də dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi var. Ümumiyyətlə dünyada bu gün belə bir sual ətrafında ciddi düşünülür ki, mübarizə və müharibə ocaqları torpaqdan suya doğru keçir? Bax, bu amil son dərəcə vacib amildir və Azərbaycan xarici siyasətində proaktiv addımlar atan bir ölkə olaraq proseslərin hara gedəcəyini öncədən müəyyənləşdirməyi bacarır. Dünyanın nəbzini zamanında tutmağı bilir. Burada terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi amili də var. Bu isə ondan xəbər verir ki, Azərbaycan terrorizmə qarşı mübarizədə aktiv iştirak edən ölkələrdən biridir, buna öz torpaqlarında nail olmuş ölkədir, qeyd edilən sahə üzrə böyük təcrübəsi var.
Habelə, ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlər yeni dünya nizamında aktiv şəkildə əl atılan üsul və metodlardan biridir. Bu baxımdan, sözügedən təlim son dərəcə vacibdir”.
Azər Badamov qeyd edib ki, Azərbaycan müdafiə sənayesini inkişaf etdirir: “Yerli istehsalla yanaşı beynəlxalq əlaqələr, təcrübə mübadiləsi genişləndirilir.
Bu amil isə heç bir halda ona əsas vermir ki, Azərbaycan müharibə ritorikasını yenidən canlandırır. Müdafiə sənayemizin inkişaf etdirilməsi reallıqdan doğan zərurətdir. Bu cür təlimlər Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında operativ əlaqələrin qurulmasına, hər iki ölkənin silahlı qüvvələrinin güclənməsinə töhfə verəcək. Bu həm də qardaşlıq nümunəsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Fevral 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















