Icma.az
close
up
RU
Deputat Azərbaycan dilində danışmayanları tənqid etdi

Deputat Azərbaycan dilində danışmayanları tənqid etdi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Dil yaddaşdır, tarixdir və bir millətin mövcudluğudur”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O vurğulayıb ki, dil həm də dövlət strategiyasıdır: 

“Bu strategiyanın təməlində isə Ulu Öndər Heydər Əliyev kontekstində yanaşmaq dayanır. Ulu Öndər ancaq nadir şəxsiyyətlərə xas olan bir uzaqgörənliklə hələ Sovet Azərbaycanının rəhbəri olanda sovetlər məkanında mümkünsüz olan bir addım atdı. 

1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi. Həmin dövrdə belə bir addım həqiqətən böyük bir cəsarət istəyirdi və ən başlıcası millilik, soy-kökə bağlılıq anlamına gəlirdi. Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi.

Belə bir zamanda, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, Heydər Əliyev şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir”  maddəsi təsdiq olundu. 

Bu cəsarətli addım müstəqil bir ölkədə deyil, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. Heydər Əliyev qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı. Ulu Öndərin 18 iyun 2001-ci il tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman da həmin mübarizənin davamı idi”. 

Millət vəkili vurğulayıb ki, bütün sahələrdə ölçüyəgəlməz uğurlarımız və zəfərlərimiz var: 

“Eyni zamanda, dilimizin, tariximizin, mənəviyyatımızın qorunması da Prezident İlham Əliyevin hər zaman diqqətində olan, böyük önəm verdiyi amillərdir. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində bütün ölkə ziyalılarına, mediaya, ictimaiyyətə xitabla dilimiz haqqında söylədikləri, bizcə bu gün sadəcə bu sahənin mütəxəsdisləri üçün deyil, hər bir azərbaycanlı üçün, aid olduğumuz ölkə, xalq, millət üçün bir şərəf məsələsidir. 

Ümumiyyətlə, dilimizə gətirilən yad ünsürlər, tez-tez qarşılaşdığımız qrammatik, üslub səhvləri, ədəbi dil normalarınln pozulması, dualekt tələffüzləri öz doğma dilini sevən, bu dilə biganə olmayan hər kəsi narahat edir və etməlidir. Azərbaycan dilinin leksik qanunları, qrammatik qaydaları sanki unudulur və ya yeni bir üslub gətirilir.

Mən yazıçı ailəsində böyümüşəm və anamın hər kitabı nəşr edilərkən onun nəinki hər bir səhifəsini, hər bir cümləsini, hər bir kəlməsini, hətta hər bir durğu işarəsini dəfələrlə yoxladığının, həm redaksiyanın, həm də kitab müəllifinin böyük məsuliyyətinin, cavabdehliyinin şahidi olmuşam”. 

Jalə Əliyeva ana dilində danışa bilməyənləri tənqid edib: 

“Doğma Azərbaycan dilində danışmağı özünə rəva bilməyənlər, xarici bir dildə, çox vaxt rusca danışmağı üstünlük, mədəniyyət hesab edənlər, lütfən oyanın. Siz müstəqil bir ölkədə yaşayırsınız və bu ölkənin adı Azərbaycandır! Sovet rejiminin, rus kultunun tüğyan etdiyi bir dövrdə doğulub, süurlu həyatlarının böyük bir hissəsini həmin illərdə yaşayanları, rusca oxuyub, rusca düşünənləri bəlkə də başa düşərəm. 

Ancaq azad, suveren, müstəqil bir ölkədə, azərbaycanlı atadan və azərbaycanlı anadan dünyaya gələn bir uşağın, bir yeniyetmənin, bir gəncin öz dilində danışmaması və ya danışa bilməməsi nə başa düşüləndir, nə də bağışlanandır. Son zamanlarda Azərbaycan dilinə gətirilən “yeni qayda”nı qeyd etməyə bilmirəm. 

Hər birimiz orta məktəbdə Azərbaycan dili dərsində öyrənmişik ki, say bildirən zərfdən sonra gələn isim cəm şəkilçisi qəbul etmir. Bu bir aksiomdur və Azərbaycan dilinin büllur saflığının başlıca amillərindəndir. İndi gəlin baxaq görək həmin qanun yeni “kəşf”dən sonra hansı hal alıb. Məsələn, “On nəfər şagirdlər”, “yüz ədəd kitablar”, "üçdən çox adamlar" və s. 

Bu örnəkləri artırmaq da olar. Ən dəhşətlisi odur ki, bu kimi ifadə tərzi artıq televiziya məkanında da, ziyalı təbəqənin də nitqində də eşidilir”.

O, əlifbamızdakı “c” və “ç” hərflərinin tələffüzü haqqında da danışıb: 

“Bu iki hərf, nədənsə “dzı” və “tzı” olaraq tələffüz edilməyə başlayıb. Dialektlərdə, məhəlli xarakterli danışıqda bu bəlkə də qəbuledilən ola bilər. Amma milyonlara xitab edən proqramlarda, verilişlərdə, tədbirlərdə kürsüyə qalxan bir şəxsin “c” və “ç” hərflərini bu şəkildə tələffüz etməsi, bunların içərisində hətta müəllimlərin, aktyorların olması ən azından təəssüf doğurur. 

Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2007-ci ildə isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamlar imzaladı. 

Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi. 

Prezidentin həmin sərəncamlarıyla illər boyu hər birimizin evlərimizin bəzəyi olan kitablar yenidən çap olunmağa başladı. Çap olundu ki, bizdən sonrakılar da oxusunlar. Çap olundu ki, dillərini, səlis Azərbaycan dilini unutmasınlar, əksinə daha dərindən öyrənsinlər. Bu dil anamızın və deməli Vətənimizin, Dövlətimizin dilidir. Bu dili sevmək, qorumaq və gələcək nəsillərə saf bir şəkildə ötürmək isə hamımızın borcudur”. 

Elmir 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri