Icma.az
close
up
RU
Deputat: Azərbaycan gəncliyi sayəsində gələcək etibarlı əllərdədir

Deputat: Azərbaycan gəncliyi sayəsində gələcək etibarlı əllərdədir

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son illərdə Azərbaycan xalqı hər bir əlamətdar tarixi günü qalib ruhda qeyd edir.

Xüsusilə, bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızı azad edən Azərbaycan gənclərinin günüdür. Onlar 44 günlük savaşda göstərdikləri şücaətlə ölkəmizin suverenliyini tam bərpa edərək, xalqımızın məğrurluğunu və yenilməzliyini dünyaya nümayiş etdirdilər. Bu qələbə gənclərimizin vətənpərvərliyi, fədakarlığı və döyüş ruhunun parlaq göstəricisi oldu. Vətən uğrunda canından keçən qəhrəman gənclərimiz Azərbaycan tarixində silinməz iz buraxdılar. Onların cəsarəti sayəsində 30 illik işğala son qoyuldu və tarixi ədalət bərpa edildi. Bu gün işğaldan azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması həmin gənclərin misilsiz şücaətinin nəticəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputatın sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti sayəsində vətənpərvər, bilikli və müasir düşüncəli gənclər yetişir. Həmsöhbətimiz bildirib ki, gənclərə göstərilən davamlı diqqət onların təhsil almalarına, müxtəlif sahələrdə inkişaf etmələrinə və dövlət idarəçiliyində fəal iştiraklarına şərait yaradır: 

"Dövlətimizin həyata keçirdiyi proqramlar gənclərin sosial rifahının yaxşılaşdırılmasına, innovativ biliklərə yiyələnməsinə və beynəlxalq müstəvidə rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib. Gənclərin milli ruhda tərbiyə olunması və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi strateji əhəmiyyət daşıyır. Bugünkü Azərbaycan gənci həm intellekti, həm də vətənpərvərliyi ilə ölkənin inkişafına töhfə verən əsas qüvvələrdən biridir. Onlar texnologiya, elm, biznes və digər sahələrdə uğurlar qazanaraq dövlətimizin daha da güclənməsinə xidmət edirlər. Dövlət idarəçiliyində gənclərin rolunun artması onların cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradır".

Vüqar Rəhimzadə, deputat 

V.Rəhimzadə bildirib ki, Azərbaycan gəncləri təkcə hərb meydanında deyil, həm də elmdə, təhsildə, mədəniyyətdə və idmanda böyük uğurlar qazanaraq ölkəmizin adını ucaldırlar. Onların beynəlxalq arenada qazandıqları nailiyyətlər, dünyada Azərbaycanın layiqli şəkildə təmsil olunmasına xidmət edir. Eyni zamanda, informasiya müharibəsində də mühüm rol oynayaraq, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verirlər. Vətən müharibəsi zamanı sosial şəbəkələrdə fəal iştirak edən gənclərimiz Azərbaycanın haqq işini müdafiə edərək, düşmənin dezinformasiyalarına qarşı uğurlu mübarizə apardılar:

"Bu gün də onlar ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi üçün müxtəlif platformalarda fəal şəkildə çalışırlar. Azərbaycan gəncləri beynəlxalq konfranslarda, elmi simpoziumlarda, idman yarışlarında və mədəni tədbirlərdə ölkəmizi yüksək səviyyədə təmsil edirlər. Gənclərin uğurları dövlətin onların potensialını reallaşdırmasına göstərdiyi diqqətin nəticəsidir. Hər bir gəncin qazandığı nailiyyət Azərbaycanın dünyada nüfuzunun artmasına töhfə verir".

Son olaraq müsahibimiz bildirib ki, gənclərin inkişafına yönəlmiş müxtəlif dövlət proqramları, könüllülük hərəkatının genişlənməsi, sosial layihələrin həyata keçirilməsi onların cəmiyyətə daha fəal inteqrasiyasına imkan yaradır:

"Bütün bu addımlar Azərbaycan gənclərinin ölkənin gələcəyini formalaşdıran aparıcı qüvvə olduğunu bir daha sübut edir. Onlar müstəqil Azərbaycanın daha da güclənməsi, dünyada mövqelərinin möhkəmlənməsi üçün üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirirlər. Dövlətimizin başçısının gənclərlə bağlı həyata keçirdiyi siyasət onların bilikli, kreativ və təşəbbüskar bir nəslə çevrilməsinə imkan yaradır.  Gənclərin fəallığı Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunun bariz nümunəsidir. Onların bilik və bacarıqları ölkəmizin davamlı inkişafı üçün mühüm resursa çevrilir".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri