Icma.az
close
up
RU
Deputat: Azərbaycan regional və qlobal dialoqda ön sırada yer alır

Deputat: Azərbaycan regional və qlobal dialoqda ön sırada yer alır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin bu platformada siyasi nüfuzunu təsdiqləyib, həmçinin ölkəmizin bölgədəki mühüm rolunu, Türk dünyasına dəstəyini, beynəlxalq proseslərdə aktivliyini bir daha sərgiləyib. Yəni, Azərbaycan həm regional, həm qlobal dialoqda ön sırada yer alır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib.

“Düşünürəm ki, Foruma Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qatılması ölkəmizin genişmiqyaslı diplomatiyasının bütün dünyaya kompleks şəkildə təqdim olunmasıdır. Bu, dövlətimizin həm siyasi gücünün, həm də mədəni-humanitar strategiyasının vəhdətini simvolizə edir. Belə ki, dövlətimizin başçısının beynəlxalq aləmdə yürütdüyü qətiyyətli, prinsipial siyasəti, müdrik diplomatiyası və birinci xanım Mehriban Əliyevanın beynəlxalq platformalarda mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyəti bir-birini tamamlayaraq Azərbaycanın çoxşaxəli xarici siyasətini nümayiş etdirir”, - deyə deputat bildirib.

O vurğulayıb ki, dövlətimizin başçısının Forum çərçivəsində keçirilən görüşləri Avropa, Yaxın Şərq, Türk dünyası, eləcə də bütöv İslam dünyası üzrə ölkəmizin xarici siyasətini əks etdirib. “Prezident İlham Əliyevin Türkiyə və Şimali Kipr prezidentləri ilə ikitərəfli görüşləri Azərbaycanın öz diplomatik xəritəsində “qardaşlıq xətti”ni ayrıca bir istiqamət kimi qoruyub saxladığının nümunəsidir. Bu təmaslar, Azərbaycanın milli maraqlarına uyğun olaraq, tarixi və mədəni əlaqələr üzərindən siyasi münasibətləri inkişaf etdirdiyini bir daha vurğulayıb. Əlbəttə, ölkəmizin strateji tərəfdaşlığı İslam dünyası çərçivəsində də vacib əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Pakistanın Baş nazir Məhəmməd Şahbaz Şəriflə görüşünü iki ölkənin din birliyi ilə yanaşı, siyasi, hərbi və iqtisadi sahələrdə qarşılıqlı dəstəyə əsaslanan münasibətlərinin davamı kimi qiymətləndirə bilərik. Bununla yanaşı, dövlətimizin başçısı İslam dünyasının digər ölkəsi – Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə də görüş keçirib. Suriyada baş verən dəyişikliklərdən sonra iki ölkə arasında əlaqələrin inkişafı, eləcə də enerji sahəsində əməkdaşlığın önəmi vurğulanıb. Bu, ölkəmizin konstruktiv mövqeyinin, regionda yürütdüyü çevik diplomatiyanın, işbirliyi perspektivlərinə açıq olmasının göstəricisidir. Həmçinin enerji sahəsində Azərbaycanın tərəfdaşlığı və dəstəyi Moldova Prezidenti Maya Sandu ilə baş tutan görüşdə də yüksək dəyərləndirilib”, - deyə G.Əfəndiyeva bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri