Icma.az
close
up
RU
Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda boşanmaların son illərdə artması geniş müzakirə olunan mövzulardan biridir.
Bu günlərdə vəkil Babək Həmidov Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda boşanmaq üçün məhkəməyə xüsusi səbəb göstərmək tələb olunmur.
Yəni tərəflərin barışması üçün müəyyən söhbətlər aparılsa da, Türkiyədə olduğu kimi, məhkəmə boşanmanı həyata keçirmək üçün mütləq əsaslı dəlil tələb etmir. Bəzi ekspertlər hesab edirlər ki, cütlüklərdən əsaslı səbəb və sübut tələb edilməməsi boşanmaq istəyənlərin işini asanlaşdırır. Bu isə son illərdə boşanmaların artmasının əsas səbəblərindən biri ola bilər.
Bəs bu proses son illər artan boşanmaların səbəbi ola bilər?
Bizim.Media mövzuyla bağlı deputat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyevanın fikirlərini öyrənib.
Deputatın fikrincə, boşanma zamanı əsaslı səbəbin tələb olunmaması artıma qismən təsir edir:
“Azərbaycanda boşanma proseduru əsasən formal xarakter daşıyır. Tərəflər barışdırma məqsədilə dinlənilsə də, boşanma üçün ciddi əsasların təqdim edilməsi tələb olunmur. Bu isə bəzi hallarda emosional, tələsik və impulsiv qərarların hüquqi baxımdan asan reallaşmasına şərait yaradır.
Lakin boşanmaların artımını yalnız bu amillə izah etmək düzgün olmaz. Sosial dəyişikliklər, qadınların iqtisadi müstəqilliyi, ailə modelinin dəyişməsi, fərdi xoşbəxtliyə verilən önəmin artması daha həlledici rol oynayır. Yəni problem təkcə qanunda deyil, cəmiyyətin transformasiyasındadır”.
Bəzi fikirlərə görə, xüsusilə övladı olan cütlüklərin boşanmaq üçün daha keçərli səbəbi olmalıdır. Mehriban Vəliyeva isə bu fikri doğru hesab etmir.
“Uşaqlı ailələrdə boşanma məsələsinə yanaşma fərqli olmalıdır. Burada əsas sual “niyə boşanırlar?” deyil, “boşanma uşağa necə təsir edəcək?” olmalıdır. Əsaslı səbəb tələbinin sərtləşdirilməsi bəzi hallarda uşaqların konfliktli, sağlam olmayan ailə mühitində qalmasına səbəb ola bilər.
Daha doğru yanaşma uşağın psixoloji rifahının qiymətləndirilməsi, valideynlik məsuliyyətinin bölüşdürülməsi, uşağın gələcək təhlükəsizliyinin təmin olunmasıdır. Yəni səbəb yox, nəticə və mühit əsas götürülməlidir”.
Bəs proses dəyişsə, boşanmaların artmasının qarşısını almaq mümkündürmü?
“Nikahdan psixoloji maarifləndirmə, peşəkar mediasiya...”
 

“Qismən mümkündür, amma təkcə qanun dəyişikliyi ilə yox. Əgər məqsəd boşanma statistikasını süni şəkildə azaltmaqdırsa, proseduru çətinləşdirmək qısamüddətli effekt verə bilər. Ancaq bu, ailə institutunu gücləndirmir, əksinə, problemləri gizli şəkildə dərinləşdirə bilər.


Daha effektiv yol nikahdan əvvəl psixoloji hazırlıq, real və peşəkar mediasiya mexanizmi, uşaqlı ailələr üçün xüsusi qoruyucu prosedurlar, ailələrə sosial və psixoloji dəstəyin artırılmasıdır.
Bu yanaşma boşanmanı qadağan etmir, amma tələsik boşanma qərarlarının qarşısını alır.
Boşanmanı çətinləşdirmək ailəni möhkəmləndirmir. Ailəni möhkəmləndirmək isə boşanmaların sayını real şəkildə azalda bilər. Dövlətin rolu nə hakimlik, nə də formal müşahidəçi olmaqdır. Dövlət dəstək verən, yönləndirən və qoruyan tərəf kimi çıxış etməlidir.
 

Təklif edirəm ki, boşanma prosedurunda formal barışdırma əvəzinə, peşəkar mediasiya tətbiq olunsun, nikahdan əvvəl psixoloji maarifləndirmə təşviq edilsin, uşaqlı ailələr üçün “əsaslı səbəb” deyil, “uşağın marağı” əsas kriteriya olsun ailə problemlərinin erkən mərhələdə həlli üçün dövlət dəstək mexanizmləri gücləndirilsin.


Nəticə olaraq, Azərbaycanda ailə institutunu qorumağın yolu boşanmanı yasaqlamaqdan deyil, ailəni yaşatmağı bacaran cəmiyyət formalaşdırmaqdan keçir”-deyə Mehriban Vəliyeva qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see289

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see277

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see265

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see258

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see227

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see226

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see215

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see179

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see150

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri