Icma.az
close
up
RU
Deputat: “Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə artıb”

Deputat: “Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə artıb”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Gələn həftə şanlı Zəfərimizin 5 ili tamam olacaq. 22 il öncə ilk dəfə Prezident seçilən zamanı dövlət başçımızın müəyyənləşdirdiyi hədəflər artıq reallaşıb. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Zəfərimizə aparan yol Azərbaycan iqtisadiyyatının güclənməsindən və eləcə də ordumuzun maddi-texniki bazasının güclənməsindən keçdi”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün kçerilən iclaısnda deputat Vüqar Bayramov deyib. 

O qeyd edib ki, zəfərimizi həzm edə bilməyən daxili marjinal siyasi qruplar son zamanlar Azərbaycanda həyata keçirilən islahatlara kölgə salmağa uğursuz cəhdlər edir və əsaslandırılmamış fikirlərini sosial şəbəkələr vasitəsi ilə yaymağa çalışırlar:

“Azərbaycan iqtisadiyyatının keçirdiyi dövrü 3 mərhələyə bölmək mümkündür. Müstəqilliyin ilk illərindəki hakimiyyətlərin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı ciddi tənəzzülə qədəm qoydu.

AXC-Musavat qrupunun iqtidarı dövründə iqtisadiyyat ciddi böhran mərhələsində qədən qoydu və sənaye və kənd təsərrüfatı istehsalı 2.7 dəfə azaldı. 1993-2003-cü illərdə Milli Liderin yeni hakmiyyətdə olduğu dövrdə tənəzzülün qarşısı alındı və iqtisadiyyat inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərin dövründə dərinləşən tənəzzül inkişaf ilə əvəz olundu. 

1996-2002-ci illərdə ÜDM 71 faiz artdı. Bu müddətdə kənd təsərrüfatında 40.3 faiz, nəqliyyat və rabitədə 4,2 dəfə olmuş, tikintidə 5 dəfə və ticarətdə isə 1,9 dəfə artıb qeydə alındı. Bu o deməkdir ki, indiki toksit müxalifətin iqtidarda olduğu dövrdə yarıtmaz idarəetmə nəticəsində toksitləşdirdiyi iqtisadiyyat məhz Milli Liderimizin rəhbərliyi sağlamlaşdırıldı və yeni inkişaf mərhələsinə qədəm qoydu”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin 22 illik Prezidentliyi dövründə isə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb.  Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb.

Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir:

“Yeni dövrün yeni hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir. Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik.Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha da gücləndirəcək”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri