Icma.az
close
up
RU
Deputat: Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün maraqlıdır

Deputat: Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün maraqlıdır

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün maraqlıdır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsinin təqdimatı zamanı deputat Nigar Məmmədova bildirib.

Deputat deyib ki, Azərbaycan nüfuzlu ölkə, etibarlı tərəfdaş kimi Afrika dövlətlərinin də diqqətini cəlb edir: “Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün də maraqlıdır. Məlumdur ki, 2000-ci illərə qədər qitə yoxsulluq və müharibələrdən əziyyət çəkən coğrafiya idi. Bu gün isə təbii resurslar potensialına malik olan qitənin dəyəri yenidən qiymətləndirilir. Afrika istehlak mallarının istehsalından tutmuş kənd təsərrüfatına, təbii sərvətlərin çıxarılmasına, infrastrukturun genişləndirilməsinə və sənaye istehsalına qədər bir çox sektorda inkişaf imkanları təklif edir. Son vaxtlar Afrika ölkələrinin rəhbərlərinin ölkəmizə ardıcıl səfərləri bunu təsdiqləyir. Qvineya-Bisau da Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Bu ölkə ilə artıq 33 ildir diplomatik əlaqələr qurulub. Bu ölkənin prezidenti həmçinin ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı kimi məsələlər müzakirə olunub. Bundan başqa, ötən il dekabr ayinin 2−4 tarixlerinde Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun bu ilin fevralında Azərbaycana səfəri isə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Qvineya-Bisau arasında əlaqələri əsasən BMT, Qoşulmama Hərəkatı çərçivəsində davam etdirir. Bu ölkə həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. “Azərbaycan Respublikası Hökuməti ila Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilmasi haqqında Saziş” də ölkələr arasında qarşılıqlı əlaqələrin səmərəliliyini və effektivliyini artıracaq. Beynəlxalq təcrübədə də vizasız səfər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri