Deputat: Bələdiyyələr öz ərazilərində ət köşkləri yarada bilərlər
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Tahir Rzayev deyib.
O bildirib ki, hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir:
"Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilərlər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür".
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Sentyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















