Deputat Bəxtiyar Əliyevin oğlu ilə bağlı maraqlı fakt FOTOLAR
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəlin sizə saxtakarlığın kralından bəhs edim.
Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu.
Onun 2019-cu ildə sədr müavini vəzifəsinə təyinatı dövlət başçısının Sərəncamı ilə təsdiq edilmişdi. Məşhur "mehdiyevçi" deputatın oğlu bu vəzifədə 2023-cü ilə qədər çalışıb. Burası ilə işimiz yoxdur.
İndi məlum olur ki, Bəxtiyar Əliyev oğlunu işsiz qoymayıb və 2023-cü ilin martından oğlunu Azəbaycanın Serbiya Respublikasındakı səfirliyində ikinci katib vəzifəsinə işə düzəldib.
Burası ilə də işimiz yoxdur, işləmək hər kəsin qanuni haqqıdır. Amma Orxan Əliyevin səfirlikdə ikinci katib olması üçün diplomatik təcrübəsi var idimi?
Deməli, deputatın gül balasının iki linkedin səhifəsi və iki fərqli tərcümeyi-halı var. Agentlik sədrinin müavini kimi onun tərcümeyi-halında diplomatik fəaliyyətin heç "d" hərfi yoxdur, adamın "əmək tarixməsi"nə görə agentlik sədrinin müavini təyin olunanadək, yəni 2014-cü ilin payızından 2017-ci ilin payızına qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor müavini vəzifəsini icra edib.
Orxan Əliyevin diplomat kimi "əmək tarixçəsini" əks etdirən ikinci linkedin səhifəsinə görə o həmin fondda müavin və daha sonra Dövlət Reklam Agentliyinin direktor müavini, 2019-cu ildə hətta dövlət başçısının sərəncamı ilə agentliyin sədr müavini vəzifəsində olmasına baxmayaraq, eyni dövrdə, yəni 2014-cü ilin martından 2022-ci ilin payızına kimi Azərbaycanın Monteneqrodakı diplomatik missiyasında fəaliyyət göstərib, 2022-ci ilin martından XİN-in ştatlı diplomatı kimi fəaliyyətdədir. Bu "diplomatik təcrübə" imkan verib ki, Orxan Əliyev səfirlikdə ikinci katib kimi işlə təmin olunsun.(savashmedia.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Həmin Bəxtiyar... Fotolar
29 Sentyabr 2025 00:16
Bəxtiyar Əliyevin ikinci övladı oldu
10 Noyabr 2025 22:05
İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı Fotolar
29 Sentyabr 2026 12:30
İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu Fotolar
07 Oktyabr 2025 17:58
Heydər Əliyevin ruhu şaddır Deputat
12 İyun 2026 11:38
Baxış sayı:183
Bu xəbər 03 May 2026 15:31 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları