Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Deputat: “Bir ağaca görə insanları həddindən artıq incidirlər”

Deputat: “Bir ağaca görə insanları həddindən artıq incidirlər”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb. Millət vəkili bildirib: 

“Çox sağ olun hörmətli sədr, həmkarlar, media nümayəndələri. Hörmətli sədr, öncə sizi uğurlu səfər münasibətilə təbrik edirəm. Azərbaycan Parlamentinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və onların fəaliyyətində yaxından iştirakı dövlətimizin marağının qorunması baxımından son dərəcə əhəmiyyətlidir. 

Yaşıllıqlarla bağlı onu qeyd etmək istəyirəm ki, mənə Xətai rayonundan seçicilər tərəfindən çoxsaylı müraciətlər olunur. Özüm hətta onlarla görüşlərdə onların bir çox şikayətləri ilə rastlaşmışam ki, Bakı şəhərində binaların həyətindəki ağacların suvarılmasında çox ciddi problemlər var. 

Yəni su pulunun kim tərəfindən ödənilməsi ilə bağlı. O cümlədən ağacların bir çox hallarda budanmaması, yaxud qurumuş ağacların kəsilməsi ciddi problemlərlə üzləşib. 

Allah ruhunu şad edləsin, mərhum prezident Heydər Əliyevin yaşıllığa verdiyi xüsusi qiymətdən çox təəssüf ki, bəzi hallarda hətta sui-istifadə edilir və bizim qanunvericilikdə də yaşıllığın götürülməsi xeyli dərəcədə çətinləşdirilib”. 

Millət vəkili əlavə edib: 

“Nazirlər Kabinetinin - “Yaşıllıqların götürülməsi qaydaları” haqqında 30 avqust 2006-cı il tarixli qərarı var. Həmin qərarda da qeyd olunur ki, vətəndaş, fiziki yaxud hüquqi şəxs bununla bağlı öncə mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir, yaxud yerli icra hakimiyyəti orqanına və ya bələdiyyələrə. 

Onlar baxıb araşdırmalı və məqsədəuyğun saysalar, həmin ərizəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərməlidirlər. Nazirlik müvafiq rəy verməli və bundan sonra onlar yenidən müvafiq qərar qəbul etməlidirlər. 

Qeyd edim ki, bu prosedur xeyli dərəcədə sadələşdirilməlidir ki, vətəndaşlar süründürməçiliklə üzləşməsinlər. Biz görürük ki, bir çox hallarda ən yaxşı şüarlar altında çox pis işlər görülür və o prosedurun çətinliyi bir çox hallarda vətəndaşları qanunsuz yollara əl atmağa məcbur edir. 

Ona görə də bu prosedur xeyli dərəcədə sadələşdirilməlidir. Mən ümumiyyətlə, layihəni təqdim edən həmkarlarıma öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, dəyişdirilən normalar, xüsusilə də bu 13.6-2-ci maddə bizim “Normativ hüquqi aktlar haqqında” qanunvericilik texnikasına əməl olunması baxımından Konstitusiya qanununun tələblərinə cavab vermir. 

Burada qeyd olunur ki, məsələn, təhrif olunmuş məlumatların verilməsi qadağandır. Halbuki, qeyd olunmalıdır ki, təhrif olunmuş məlumatların verilməsi hüquqi məsuliyyət yaradır. 

Yaxud qeyd olunur, həmin nəticədə ərizəçiyə irad bildirilir ki, onların kəsilməsini həyata keçirilməsinə irad bildirilir. Hörmətli sədr, auditoriyada bizim dilçi alimlərimiz də var. İrad bir məzəmmət formasıdır. 

Konstitusiyaya görə vətəndaşlar məhkəməyə dövlət hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yaxud siyasi partiyaların qərarları ilə bağlı müraciət olunur. ilə bağlı konkret hüquqi nəticə olsun. Burada biz dəqiq müəyyənləşdirmişik ki, hansı sənədlər təqdim olunmalıdır. 

Həmin sənədlər əsasında ya iddianın, müraciətin təmin olunmasına dair, yaxud ondan imtina olunması barədə qərar qəbul olunur. Amma irad bildiriləndə vətəndaş bundan məhkəməyə müraciət edə bilməz axı. İrad nədir? 

İrad birinin səhvini, nöqsanını ona çatdırmaq yaxud onun davranışına etiraz etmək formasıdır. O baxımdan, bu normaya da diqqət yetirmək lazımdır və mən hesab edirəm ki, biz sahibkarlara həqiqətən kömək etmək istəyiriksə ki, bu süründürməçilik halları aradan qaldırılsın, bu proses qanunvericilikdə 10 gün müddətində həllini tapmalıdır. 

Amma biz bilirik ki, hörmətli Sadiq müəllim dedi, 500 müraciət var. Yəni 500 müraciətə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 gün ərzində cavab verməlidir. Reallıqda isə bu qeyri-mümkündür və biz bilirik ki, bu, uzun müddət davam edir, sahibkarlar, vətəndaşlar bundan əziyyət çəkirlər. 

Bu məsələlərə öz münasibətimi bildirmək istədim. Hesab edirəm ki, ikinci oxunuşda mənim səsləndirdiyim məsələlərə də diqqət yetirilər və Nazirlər Kabineti də özünün müvafiq qərarına ciddi düzəlişlər edər. 

Sonda onu qeyd etmək istəyirəm ki, bəli, Bakı şəhərində yaşıllıqlara çox böyük ehtiyac var. Gözəl parklar salınıb, amma meşə zolaqları, yeni parklar yaradılmalıdır. Amma bəzən bir ağaca görə insanları həddindən artıq incidirlər və bu da çox təəssüf hissi yaradır”. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri