Icma.az
close
up
RU
Deputat bu qanuna düzəlişlər təklif etdi

Deputat bu qanuna düzəlişlər təklif etdi

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qanun layihəsinin 7-ci maddəsində yeni redaksiyada “Torpaqdan istifadə növləri” maddəsində qeyd olunur və təklif olunan dəyişikliklərdə göstərilir ki, “su anbarlarının, habelə digər su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar üçün dörd il, həmçinin dövlət əhəmiyyətli infrastruktur layihələrinin icrası ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi” sözləri əlavə olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.

Parlamentari təklif etdi ki, “yerli icra hakimiyyəti və digər infrastruktur layihələrinin icraçısı ilə əlaqədar” sözləri də əlavə edilsin:

"Çünki bu təkliflə müəyyən məhdudiyyət yaranır. Əgər dəyişiklikdə digər infrastruktur layihələrinin icraçıları da nəzərdə tutulsa, praktik baxımdan həmin növlərin daha geniş layihələndirilməsinə imkan yaradar və gələcəkdə qanuna yenidən dəyişiklik edilməsi zərurətini azaldar. Bu baxımdan təklif edirəm ki, 7-ci maddədə qeyd edilən dəyişikliklərlə yanaşı, “və digər infrastruktur layihələrinin icrası ilə əlaqədar” sözləri də əlavə olunsun.

Digər dəyişiklik 13-cü maddə ilə bağlıdır. Bu maddə yerin təkindən istifadəyə verilməsi ilə əlaqədardır və burada yerin təkinin birbaşa istifadəyə verilməsi halları müəyyənləşdirilir. Nəzərə alsaq ki, həmin maddədə yerin təkinin birbaşa istifadəyə verilməsi halları siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunur, təqdim etdiyimiz təklifdə isə qeyd edilir ki, “yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunsun”. Mən təklif edərdim ki, burada “müəyyən olunsun” deyil, “təsdiq olunsun” ifadəsi işlədilsin. Əgər qaydalar siyahı formasında qanunla təsdiq olunsa, bu, bir tərəfdən şəffaflığın artmasına xidmət edər, digər tərəfdən qaydaların sonradan hissə-hissə dəyişdirilməsi və yenidən təsdiqinə ehtiyacın qarşısını alar. Bu baxımdan hesab edirəm ki, siyahının qanunverici orqan tərəfindən təsdiq edilməsi nəzərə alınaraq, qaydalar da məhz təsdiq olunmalıdır".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri