Deputat bu rayonla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Bu gün Füzuli Şəhəri Günüdür. Altı il əvvəl – 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.
“Yeni Sabah” xəbər verir ki, deputat Vüqar Bayramov Füzulinin işğaldan sonrakı inkişafı ilə bağlı açıqlama verib.
O bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. pizza hut
Deputatın sözlərinə görə, işğaldan azad edildikdən sonra Füzuli şəhəri və ətraf kəndlərdə genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. Qısa müddətdə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə Füzulini Qarabağın hava qapısına çevirib.
Vüqar Bayramov qeyd edib ki, infrastrukturun bərpası, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və yeni investisiyalar rayonun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.
Onun təqdim etdiyi rəqəmlərə əsasən, Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının ümumi həcmi 2020-ci ildəki 191,9 milyon manatdan hazırda 800 milyon manata yüksəlib. Beləliklə, rayonun iqtisadiyyatı təxminən 4 dəfə böyüyüb.
Sənaye məhsullarının istehsalında da artım qeydə alınıb. 2020-ci ildə rayonda 18,2 milyon manatlıq sənaye məhsulu istehsal edildiyi halda, hazırda bu göstərici 50 milyon manata yaxınlaşıb.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsalın həcmi isə 2020-ci ildəki 87,9 milyon manatdan 146,9 milyon manata çatıb. Yenidənqurma layihələri ilə əlaqədar tikinti sektorunda 8 dəfədən çox artım qeydə alınıb. Hazırda bu sahədə formalaşan dəyər 550 milyon manat təşkil edir.
Deputat vurğulayıb ki, vaxtilə işğal nəticəsində dağıdılmış və baxımsız vəziyyətə salınmış Füzuli bu gün regionun əsas mərkəzlərindən birinə çevrilir. Zəngəzur dəhlizinin başlanğıcında yerləşən rayonun nəqliyyat və logistika mərkəzi kimi inkişafı yeni imkanların və iş yerlərinin yaranmasına şərait yaradacaq.
Vüqar Bayramovun sözlərinə görə, hazırda işğaldan azad edilərək yenidən qurulan Füzuli şəhərində 3 100-dən çox sakin daimi məskunlaşıb. Şəhərin təsdiq edilmiş Baş Planına əsasən, 2040-cı ilədək əhalinin sayının 50 min nəfərə çatdırılması nəzərdə tutulur.
Deputat hesab edir ki, həyata keçirilən layihələr nəticəsində Füzuli yaxın gələcəkdə Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















