Icma.az
close
up
RU
Deputat: Bu, təkcə hakimiyyət uğrunda seçki deyil, həm də ...

Deputat: Bu, təkcə hakimiyyət uğrunda seçki deyil, həm də ...

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi vəziyyət getdikcə daha mürəkkəb və ziddiyyətli xarakter alır. Formal olaraq müxalif qüvvələr hakimiyyət başında olan baş nazir Nikol Paşinyan ünvanına yönəlmiş tənqidlərdə ortaq mövqe nümayiş etdirirlər. Lakin bu zahiri birlik arxasında aydın parçalanma müşahidə olunur. Müxalif düşərgə daxilində vahid strategiya mövcud deyil, Samvel Karapetyan ilə Robert Koçaryan kimi əsas fiqurlar arasında rəqabət isə bu parçalanmanı daha da dərinləşdirir”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, əslində, söhbət siyasi konsolidasiyanın böhranından gedir. Müxalifət etiraz ritorikasını ölkənin inkişafına dair aydın və sistemli alternativ proqrama çevirə bilməyib. Bu isə o deməkdir ki, seçiciyə müxtəlif strategiyalar arasında seçim deyil, daha çox bir-biri ilə rəqabət aparan, lakin ümumi məqsəddən məhrum tənqidi yanaşmalar təqdim olunur. Siyasi sistemin böyük ölçüdə fərdiləşdiyi şəraitdə vahid liderin və qərarvermə mərkəzinin olmaması müxalifətin seçki şanslarını obyektiv şəkildə azaldır. Vəziyyəti ağırlaşdıran digər amil ideoloji qeyri-müəyyənlikdir. Ermənistan cəmiyyəti dəyişmiş regional reallıqlar fonunda yeni inkişaf modelinin axtarışındadır. Lakin müxalif qüvvələrin əhəmiyyətli hissəsi hələ də keçmişə yönəlmiş ritorikaya söykənir ki, bu da onların praktik və real həllər təklif etmək imkanlarını məhdudlaşdırır. Nəticədə cəmiyyətin sabitlik və proqnozlaşdırıla bilənlik tələbi ilə müxalifətin təqdim etdiyi siyasi məzmun arasında uyğunsuzluq yaranır.

Eyni zamanda, Ermənistanın daxili siyasi dinamikası birbaşa xarici amillərlə, ilk növbədə Azərbaycan ilə münasibətlərlə bağlıdır. Regionda formalaşmış yeni reallıqlar fonunda sülh gündəliyi, sərhədlərin hüquqi əsasda müəyyənləşdirilməsi və nəqliyyat əlaqələrinin açılması uzunmüddətli sabitliyin əsas elementlərinə çevrilib. Bakının yanaşması, Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə irəli sürülən mövqe, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və ərazi iddialarından imtina prinsiplərinə əsaslanır.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan üçün prinsipial məqam ondan ibarətdir ki, Ermənistandakı siyasi proseslər artıq formalaşmış reallıqların yenidən nəzərdən keçirilməsinə gətirib çıxarmasın. Bu baxımdan qarşıdan gələn seçkilər yalnız daxili siyasi mərhələ deyil, həm də regional inkişafın gələcək trayektoriyasına təsir edə biləcək amil kimi qiymətləndirilir. Revanşist ritorikaya meylli qüvvələrin güclənməsi normallaşma prosesini ləngidə bilər, praqmatik yanaşma isə davamlı sülh və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu kontekstdə kommunikasiya xətlərinin açılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur istiqaməti də daxil olmaqla nəqliyyat marşrutlarının inkişafı Cənubi Qafqazı qlobal logistika zəncirlərinə inteqrasiya edə biləcək daha geniş regional arxitekturanın tərkib hissəsi kimi qiymətləndirilir. Lakin bu layihələrin reallaşması birbaşa İrəvanın siyasi iradəsindən asılıdır və bu iradə daxili siyasi rəqabətin təsiri altında formalaşır.

“Bütün bunların fonunda Ermənistan müxalifətində vahid mövqenin olmaması artıq təkcə daxili deyil, həm də regional ölçü qazanır. Təhlükəsizlikdən tutmuş xarici siyasətə qədər əsas məsələlər üzrə aydın kursun olmaması qeyri-müəyyənliyi artırır və ölkənin siyasi inkişafının proqnozlaşdırılmasını çətinləşdirir. Beləliklə, Ermənistanda qarşıdan gələn seçkilər sadəcə hakimiyyət uğrunda mübarizə deyil, strateji istiqamət seçimi kimi çıxış edir. Ölkənin siyasi sisteminin daxili parçalanmanı aradan qaldıraraq konsolidasiya olunmuş gündəlik formalaşdıra bilməsi təkcə daxili sabitliyi deyil, həm də Cənubi Qafqazda davamlı sülhün perspektivlərini müəyyən edəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Aprel 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri