Icma.az
close
up
RU
Deputat: “Çox maskalar yırtılıb, “5 ci kolon” tam ifşa olunmalıdır”

Deputat: “Çox maskalar yırtılıb, “5 ci kolon” tam ifşa olunmalıdır”

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Əli Kərimlinin DTX tərəfindən dindirilməsi və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbirinin seçilməsi artıq fakt olaraq diqqət çəkir. Gültəkin Hacıbəylinin Türkiyədən ölkəyə gətirilməsi və istintaqa ifadə verməsi də prosesin əhatəli aparıldığını göstərir. Onların Ramiz Mehdiyev ilə hansı mövzular üzrə və hansı formada əlaqədə olmaları isə istintaqın gedişində aydınlaşacaq”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib. 
O deyib ki, bu cür boş xəyallara qapılan, ağılsız, düşüncəsiz və eyni zamanda xəyanətkar insanların Azərbaycan dövlətini sarsıtmağa cəhd etmələridir:
“Bu, açıq-aşkar “5-ci kolon” fəaliyyətidir və tam şəkildə ifşa olunmalıdır. Bu işlərdə, cinayətlərdə əli olan hər bir şəxs qanun qarşısında cavab verməlidir. 
2013-cü il prezident seçkiləri ərəfəsində Moskvada “Milyaderlər İttifaqı” yaradıldı və daha sonra bu qurumun Azərbaycana transformasiya prosesi başladı. İttifaqa Abbas Abbasov rəhbərlik edir, İsa İbrahimbəyovla birlikdə onu idarə etməyə çalışırdı. Paralel şəkildə “Ziyalılar Forumu” və sonradan “İctimai Palata” adı altında fəaliyyət genişləndirildi. Daha sonra bu strukturlar birləşərək “Milli Şura”nı formalaşdırdı. Bütün bu proseslərin planlı şəkildə həyata keçirildiyi görünür. 
Əsas məsələ ondadır ki, formal olaraq Cəmil Həsənli sədr olsa da, əslində bütün taktiki idarəçilik Əli Kərimlinin əlində idi. Maliyyələşmə kanalları, davamlı olaraq mitinqlər keçirmək cəhdləri, bu addımların arxasında Ramiz Mehdiyevə yönəlmiş şübhələr var idi. Gültəkin Hacıbəylinin desant kimi prosesə daxil edilməsi və bütün bunlar müəyyən dairələrin planı idi. Artıq bir çox maskalar yırtılıb. Dövlət Təhlükəsizliyi Xidməti bu məsələləri ciddi şəkildə araşdırır”.
Deputat qeyd edib ki, dövlətə qarşı xəyanətdə əli olan hər bir şəxs mütləq qanun qarşısında cavab verməlidir:
“Bu cılız insanlar unutmamalıdırlar ki, bu gün Azərbaycan dövləti çox güclüdür. Azərbaycan Prezidenti İlham Əliyev bu gün dünyanın sayılıb-seçilən liderlərindəndir. Azərbaycan yalnız Cənubi Qafqazın deyil, daha geniş coğrafiyaların da əsas aktorlarından birinə çevrilib. 
Ölkə sürətlə inkişaf edir və bu inkişaf davam edəcək. 1990-cı illərin zəif dövləti ilə indiki Azərbaycanı müqayisə etmək mümkün deyil. “5-ci kolon”un daxilindəki bu oyunlar, şəxsi maraqlarını dövlət marağından üstün tutan insanların niyyətləri boşa çıxacaq. Hazırda istintaq bu qrupların Ramiz Mehdiyevlə əlaqələri, maliyyə mənbələri və digər məsələləri araşdırır. Araşdırmalar başa çatdıqdan sonra ictimaiyyət hər bir detal barədə məlumatlandırılacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri