Icma.az
close
up
RU
Deputat: Donald Tramp sözü ilə əməli bir olan liderdir

Deputat: Donald Tramp sözü ilə əməli bir olan liderdir

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"ABŞ Prezidenti Donald Tramp tarixdə sülhpərvər ölkə başçısı kimi qalmaq niyyətini ortaya qoyub və ciddi addımlar atır. O, sözü ilə əməli üst-üstə düşən liderdir".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında çox mühüm razılaşmalar əldə edilib:

"İlk növbədə, bu razılaşma sülh sazişinin paraflanması ilə bağlıdır. Yəni hər iki dövlət sülh müqaviləsi hələ imzalanmasa da, onun bütün bəndləri ilə razı olduğunu rəsmən bəyan etdi. Sülh müqaviləsinin imzalanmasının astanasındayıq.

Hər iki dövlətin rəhbərləri ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı razılığa gəldilər. De-fakto mövcud deyildi, amma de-yure onun arxivə göndərilməsi ilə bağlı ikitərəfli razılaşma əldə etdilər və ATƏT-in baş katibliyinə bununla bağlı müraciət etmə öhdəliyi götürdülər. Bu o deməkdir ki, artıq ATƏT-in Minsk qrupunun "fatihəsi" verildi.

Ən mühüm razılaşmalardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. ABŞ Prezidenti Donald Tramp bu məsələdə qətiyyət və prinsipial mövqe nümayiş etdirdi. Sülh və rifah naminə "Tramp marşrutu" adlanan (TRIPP) Zəngəzur dəhlizi ilə bağlı Ermənistan və ABŞ arasında razılaşma əldə edildi. Bundan sonra 99 il müddətinə "Tramp marşrutu"nda ABŞ şirkəti fəaliyyət göstərəcək. Bu da ABŞ-nin Zəngəzur dəhlizində zamin rolunu oynaması mənasını özündə ehtiva edir.

1992-ci ildən bəri Azərbaycana tətbiq edilən bədnam "907-ci düzəliş"i götürmək üçün çox mühüm addım atıldı. ABŞ onun icrasını dayandıracağını bəyan etdi. Düzdür, "907-ci düzəliş"i ABŞ Konqresi qəbul edib, onun ləğvi üçün səs çoxluğu toplanmalıdır, lakin prezidentin veto qoymaq hüququ var. Hər il bu sənədin fəaliyyətini bir il müddətinə dayandıra bilir. Bunu da çox müsbət bir hadisə kimi dəyərləndirmək lazımdır, çünki Bayden Administrasiyası Azərbaycana qarşı "907-ci düzəliş"in tətbiqini yenidən bərpa etmişdi. Dövlət səviyyəsində bu, Azərbaycana iqtisadi qadağa aksiyasını özündə ehtiva edirdi. İkitərəfli münasibətlərimizə ziyan vuran bir məsələ idi, etimadsızlıq mühiti formalaşdırırdı".

Deputat qeyd edib ki, Vaşinqton görüşü və əldə edilmiş razılaşmalarda ABŞ-nin qarant dövlət rolu böyük əhəmiyyət kəsb edir:

"Çünki ABŞ dünyanın bir nömrəli dövlətidir. Fövqəldövlətdir, ondan güclüsü yoxdur. O, qarant kimi çıxış edirsə, heç şübhəsiz ki, razılaşmaların əldə edilməsi prosesi çox rahat davam edəcək. Ermənistan hər hansı bir "cığallıq" edərsə, verdiyi razılaşmanı pozarsa, ABŞ-nin təzyiqi ilə üz-üzə qalar.

Tramp hələ seçkiöncəsi bildirmişdi ki, o tarixə sülhməramlı prezident kimi düşmək istəyir. Həqiqətən də, onun həm Asiya qitəsində, həm Afrikada, həm də Cənubi Qafqaz regionunda sülh prosesinə verdiyi ciddi töhfələr belə qənaətə gəlməyə əsas verir ki, doğrudan da, Tramp vədinə sadiqdir. Heç bir yeni müharibə başlamayacaq, əksinə, keçmiş müharibələrin dayandırılması Trampın əsas hədəfidir. Bu istiqamətdə artıq nailiyyətlərə də imza atıb.

Tramp ilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi fikirlər böyük məna kəsb edir. Cənab Prezident çox unikal bir təkliflə çıxış etdi ki, həm Asiya, həm Afrika, həm də Cənubi Qafqazda sülh prosesinə və təhlükəsizlik mühitinin formalaşmasına verdiyi böyük töhfələri nəzərə alıb, Trampa Nobel mükafatının verilməsi məqsədəuyğundur, eyni zamanda, Ermənistan baş nazirinə bildirdi ki, geri döndükdə birgə təşəbbüs ilə çıxış etsinlər.

İnanırıq ki, belə təşəbbüs ilə Donald Trampın bu il dekabrın 10-da Stokholmda Nobel mükafatına layiq görülməsi təmin ediləcək. Vaxtilə ABŞ tarixində sülh və təhlükəsizliyə heç bir töhfə verməyən prezidentə belə sülh mükafatı verilib. Barak Obama məhz prezident seçildikdən sonra ancaq vədlərinə görə ona sülh mükafatı verilib. O təəccüblənərək soruşmuşdu ki, axı mən nə etmişəm? Söylənmişdi ki, bu sizin üçün bir avansdır.

Hazırda Tramp çox ciddi işlər görüb. Bu gün qətiyyətlə söyləmək olar ki, Tramp sülh lideridir. Avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putin ilə aparacağı danışıqların gedişatında da Rusiya-Ukrayna müharibəsi ilə bağlı müəyyən kompromislərə gəlinməsi gözlənilir və sülh prosesində irəliləyiş ola bilər.

Bütün bunlar onu göstərir ki, Donald Tramp dünyanın lider dövlətinin elə lider prezidentidir. Bu baxımdan, Azərbaycan Prezidentinin Trampla bağlı unikal təşəbbüsünün reallaşma əmsalı yüksək qiymətləndirilir. Tramp da Azərbaycan Prezidentinə xitabən söyləmişdi ki, "siz çox ağıllı və güclü lidersiniz və mənim yaxın dostumsunuz". Bütün bunlar onu deməyə əsas verir ki, Donald Tramp sülhpərvər prezident kimi tarixdə qalmaq niyyətini ortaya qoyub və ciddi addımlar atmaqdadır. Necə deyərlər, sözü ilə əməli üst-üstə düşən liderdir".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri