Icma.az
close
up
RU
Deputat Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikililəri VİDEO

Deputat Əlibala Məhərrəmzadənin Qubadakı qanunsuz tikililəri VİDEO

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında obyektlər qanunsuz olaraq tikilib və hazırda da inşa edilməkdədir. 

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 27 oktyabr 2023-cü il tarixli – 0970 və 30 yanvar 2025-ci il tarixli -0067 nömrəli qərarları olmasına baxmayaraq ərazidəki sözügedən həmin tikililərin inşaatı yenədə davam etməkdədir. Dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq dövlətin bu istiqamətdə mövcud olan qanunları gözardı edilərək tikinti işləri davam etdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin bütün tikinti tələblərinin pozulduğu bu tikililər həm də ehtiyyat fondu təyinatlı torpaqlarda aparılır. Və təbii ki, tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi də alınmıyıb.

Əldə etdiyimiz məlumata görə tikinti işlərinin dayandırılması üçün FHN-i tərəfindən sifarişçi “A Ənd J Holding “MMC-ə dəfələrlə rəsmi xəbərdarlıq edilib. Sözügedən bu MMC-isə milli məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsusdur. Daha doğrusu onun qardaşına! Sonuncu parlament seçkilərindən əvvəl Əlibala Məhərrəmzadə illərlə rəhbərlik etdiyi həmin MMC-nin rəhbərliyini öz qardaşına həvalə edib.

Sözügedən qanunsuz tikililər barədə hüquq mühafizə orqanlarınada rəsmi müraciət edilib.

DİN-nin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov verdiyi açıqlamada bildirib ki, “Məsələ ilə bağlı Quba Rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırma aparılır.”

“A Ənd J Holding” MMC-nin Quba şəhəri ərazisində özbaşnalıq etdiyi digər bir məkan isə “Şahdağ” Hotelidir. Quba şəhəri Əziz Əliyev küçəsində yerləşən bu Hotelə bitişik yol və səkilər qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına olaraq zəbt edilib və orada qanunsuz tikinti-quraşdırma işləri aparılıb. Ümumi istifadədə olan həmin ərazilər zəbt edildiyi üçün ərazidəki yollarda və yolayrıclarında piyadaların və nəqliyyatın hərəkəti mümkünsüz hal alıb.

Deputat Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində rəsmi olaraq isə qardaşının adında olan bu tikililərin inşaatı nəticəsində həm Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti tələbləri, həm də Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli,375 nömrəli fərmanının tələbləri pozulur. Çünki həmin fərmanda nəzərdə tutulduğu kimi dövlət qrumlarının tikinti barədə dəfələrlə rəsmi xəbərdarlıq etməsinə baxmayaraq “A Ənd J Holding” MMC bu xəbərdarlıqlara heç bir məhəl qoymadan özbaşına tikinti işlərini qərəzli olaraq davam etdirir. Eyni zamanda ölkə başçısının 2014-cü il tarixli 17 noyabr 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin keçirilməsi qaydaları”-nın 2.20 bəndinin tələbinə uyğun olaraq sifarişçi “A Ənd J Holding” MMC-yə tikinti işlərinin dayandırılması ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilib.

Məsələ barədə münasibət almaq üçün deputat Əlibala Məhərrəmzadənin köməkçisi Qalib Hidayətov ilə əlaqə saxladıq. O, bu barədə məlumatsız olduğunu bildirərək bu məsələnin onun işinə heç bir aidiyyatının olmadığını qeyd edib.

Qubada və regionun digər rayonlarında son zamanlarda sökülən qanunsuz tikililəri çoxumuz görmüşük yəqin. Onların arasında əlbəttə ki, Əlibala Məhərrəmzadənin millət vəkili olduğu dairənin seçiciləridə az deyil.

Qanun əmrdən onun amiranəliyini, əmr isə qanundan onun labüdlüyünü götürür. Maraqlıdır, görəsən nə vaxta həmin seçicilər Əlibala Məhərrəmzadənin qəbuluna gəlib müraciət etmiş olsalar o, özünün əməl və riyayət etməyib,məhəl qoymadığı bu qanunların labüdlüyünü o seçicilərə necə izah edə biləcək görəsən? Belə olan halda deyilib, tövsiyyə edilə biləcək bir məqam qalır. Ya mənim yolumu təlqin edin, ya da öz yolununuzu tapan mürşid olun./7times.az

​​​​​​

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Mart 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri