Deputat əlilliyin qiymətləndirilməsindəki uyğunsuzluqlardan DANIŞDI
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Sosial müdafiə sistemində ən həssas sahələrdən biri olan əlilliyin müəyyənləşdirilməsi istiqamətində normativ hüquqi təşkilati və funksional çatışmazlıqların yaratdığı ziddiyyətlər təəssüf ki, hələ də qalmaqdadır".
Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə büdcə müzakirələri zamanı bildirdi.
Onun sözlərinə görə, bu sahədəki problemlər təkcə texniki xarakter daşımır, sosial siyasətin mahiyyətinə təsir edən struktur uyğunsuzluqdan qaynaqlanır:
"Əlilliyin qiymətləndirilməsində tibbi modeldən sosial modelə tam keçidin başa çatmaması ən mühüm məqamlardan biridir. Beynəlxalq standartlar əlilliyi tibbi diaqnozun nəticəsi kimi deyil, insanın funksional imkanları ilə sosial mühit arasındakı qarşılıqlı təsirin nəticəsi kimi dəyərləndirilir. Lakin mövcud mexanizm bu yanaşmanı tam əks etdirmir. Bu, eyni tibbi diaqnoza malik şəxslərin fərqli sosial şəraitdə olduqları halda eyni kateqoriyaya daxil edilməsinə və ya sosial iştirak imkanları nəzərə alınmadan kateqoriyadan kənarda qalmasına gətirib çıxarır.
Bununla yanaşı əlilliyin qiymətləndirilməsində istifadə olunan məlumat mənbələrinin dağınıq olması qərarların obyektivliyinə mənfi təsir göstərir. Vahid elektron informasiya platformasının tam formalaşmaması səbəbindən müxtəlif səhiyyə müəssisələrinin təqdim etdiyi məlumatlar arasında uyğunsuzluqlar yaranır və bu qərarların vahid standartlara uyğunlaşdırılmasını çətinləşdirir.
Bütün bunların sonunda sosial müdafiə həm də əlilliyin qiymətləndirilməsi sahəsində daha çevik, şəffaf və real iqtisadi-sosial şəraitə uyğunlaşdırılmış idarəetmə modelinə ehtiyac duyduğu açıq şəkildə görünməkdədir".
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:96
Bu xəbər 20 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















