Icma.az
close
up
RU
Deputat Elnarə Akimova vacib görüşlər keçirdi FOTO

Deputat Elnarə Akimova vacib görüşlər keçirdi FOTO

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sentyabrın 19-da Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Hacı Zeynalabdin qəsəbəsinin bir qrup sakini ilə görüş keçirib. SİA xəbər verir ki, görüş zamanı deputat seçicilərin müraciətlərini dinləyib, onların gündəlik həyatında üzləşdikləri çətinliklərlə maraqlanıb və qaldırılan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıb. Sakinlərin əsasən mənzil, torpaq və sosial məsələlərlə bağlı müraciət etdiyi diqqətə çatdırılıb.

Deputat bildirib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və aidiyyəti dövlət qurumları ilə müvafiq əlaqələndirmə aparılaraq həllinə çalışılacaq. O, vətəndaşların problemlərinin həlli istiqamətində ardıcıl iş aparmağın başlıca vəzifələrdən biri olduğunu vurğulayıb.
Qeyd olunub ki, Elnarə Akimova Milli Məclisə seçildiyi gündən etibarən seçicilərlə daimi təmasda olur, onların müraciətlərinə həssaslıqla yanaşır, qaldırılan məsələlərin həlli üçün mütəmadi olaraq dövlət qurumları ilə əməkdaşlıq edir. Deputatın sözlərinə görə, seçicilərlə mütəmadi görüşlərin keçirilməsi həm problemlərin həllinə praktiki töhfə verir, həm də vətəndaş-dövlət münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Görüşün sonunda sakinlər göstərilən diqqət və qayğıya görə deputata təşəkkürünü bildirib, belə müzakirələrin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa millət vili həmçinin 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mirzəyev Cavid Azər oğlunun anım günü ilə əlaqədar ailəsini ziyarət edib.
Bu barədə o, sosial şəbəkədəki paylaşımında qeyd edib: “Bu balaca gözəllik də şəhidimizin oğludur. Adı da Cavid Paşadır! Ata olacağı xəbərini öyrənəndən iki gün sonra Cavid Mirzəyev şəhidlik zirvəsinə ucalıb. Üzünü belə görməyəcəyi körpəsi mavi səma altında rahat yaşasın, bizlər yaşayaq deyə canını vətənə nisar edib.

Cavid Mirzəyev Bakı Slavyan Universitetində ali təhsilə yiyələnib. Ali təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “zabit hazırlığı” kurslarını bitirib, “leytenant” hərbi rütbəsi ilə xidmətini davam etdirib.

44 günlük Vətən Müharibəsində qəhrəmanlıqla iştirak edib, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Aparılan döyüş əməliyyatlarında şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Təəssüf ki, 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatları zamanı ölümdən yayına bilməyib. Bu gün Azərbaycanın Suverenlik günüdür. Bu yurdun azadlığını, ayağımızı basdığımız vətən torpağının hər qarışını canı bahasına bizə qazandıran bütün igid oğullarımıza Allah rəhmət eləsin!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri