Deputat: “Formula 1” yarışlarının Bakıda keçirilməsi Azərbaycanın ən böyük uğurlarından biridir”
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Artıq bir neçə ildir ki, Formula-1 yarışları Bakıda keçirilir. Bunu müstəqillik illərimizdə ölkəmizin qazandığı ən böyük uğurlardan biri kimi qiymətləndirmək olar. Çünki Formula-1-in dünyada milyardlarla azarkeşi var. Yarış günlərində təxminən 500 milyondan çox insan Bakı haqqında eşidir, yarışı izləyir və Azərbaycanı daha yaxından tanıyır. Statistikaya görə, həmin günlərdə “Google” axtarışlarında da ən çox sorğu məhz Bakı ilə bağlı olur. Bu, ölkəmizin qlobal imicinə verilən ən bariz nümunələrdən biridir”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib.
O deyib ki, yarış günlərinin tədris ilinin başlanması ilə üst-üstə düşməsi müəyyən çətinliklər yarada bilər:
“Lakin bu məsələlər Bakı şəhər rəhbərliyi tərəfindən öncədən nəzərə alınır. Təşkilat komitəsi bütün incəliklərlə çalışır. Azərbaycan artıq böyük beynəlxalq idman yarışlarına ev sahibliyi edən nümunəvi ölkə kimi tanınır.
Ümumiyyətlə, ölkəmizdə keçirilən hər bir beynəlxalq idman, mədəniyyət və ya siyasi tədbir təşkilatçılıq baxımından digər dövlətlərə nümunə göstərilir. Bu isə Azərbaycanın qlobal tədbirlərə yüksək səviyyədə hazırlaşmaq və onları uğurla keçirmək bacarığını ortaya qoyur.
Formula-1 yarışları zamanı da ciddi çətinliklərin yaranacağı gözlənilmir. Bütün məsələlər ən incə detallarına qədər nəzərə alınacaq. Yalnız bir neçə küçənin qısa müddətə bağlanması ilə məhdudlaşan bu yarış günlərində nəqliyyat və digər məsələlər alternativ yollar vasitəsilə həll ediləcək”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu Azərbaycanın ən böyük uğurlarından biridir Ekspert
21 Aprel 2025 18:03
Bakıda bu tarixdə Formula 1 keçiriləcək
02 Yanvar 2025 11:52
“Formula 1” Bakıda bu tarixlərdə KEÇİRİLƏCƏK
04 Fevral 2025 12:52
Bakıda Formula 1 ə hazırlıq başladı
06 Mart 2025 13:36
Böyük Qayıdış Azərbaycanın 5 milli prioritetindən biridir Deputat
25 Dekabr 2024 16:33