Icma.az
close
up
RU
Deputat Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdü FOTOLAR

Deputat Hacı Zeynalabdin qəsəbəsinin sakinləri ilə görüşdü FOTOLAR

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, görüşün məqsədi sakinlərin sosial qayğılarını, yerli infrastruktur və məişət problemlərini yerindəcə öyrənmək, onların fikirlərini birbaşa dinləmək olub.

Tədbir zamanı Elnarə xanım təxminən 20-yə yaxın sakinin problemlərini dinləyib.
Sakinlər qəsəbənin müxtəlif sahələrində — kommunal xidmətlərin keyfiyyəti, məhəllədaxili yolların vəziyyəti, sosial məsələlər və digər aktual problemlərlə bağlı fikirlərini səsləndiriblər.

Deputat onların hər bir müraciətini diqqətlə dinləyib, qeydiyyata alaraq qeyd edib ki, , qaldırılan məsələlərin hər biri üzrə aidiyyəti dövlət qurumlarına və müvafiq instansiyalara müraciət olunacaq.
Onun sözlərinə görə, vətəndaşlarla bu cür birbaşa görüşlər onların gündəlik həyatında üzləşdikləri çətinliklərin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

“Sakinlərimizin problemlərini kabinetdən deyil, yerində dinləmək daha səmərəli nəticə verir. Bu görüşlər təkcə mənim üçün deyil, həm də məsələni operativ şəkildə müvafiq qurumlara çatdırmaq üçün mühüm vasitədir. Hər bir vətəndaşın səsi bizim üçün önəmlidir.”

Görüş zamanı qəsəbə sakinləri E.Akimovaya onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Onların sözlərinə görə, belə səyyar görüşlər həm insanlarla dövlət qurumları arasında əlaqəni gücləndirir, həm də problemlərin həllinə real töhfə verir.
Deputat görüşün təşkilində göstərdiyi dəstəyə görə Hacı Zeynalabdin qəsəbəsinin ərazi dairəsi üzrə nümayəndəsi Lalə xanım Hacıyevaya minnətdarlığını ifadə edib:
“Lalə xanımın təşəbbüsü və dəstəyi sayəsində biz bu gün sakinlərlə səmimi və faydalı müzakirələr apara bildik. Bu formatda görüşlər davamlı olacaq, çünki xalqla birbaşa təmas bizim fəaliyyətimizin əsas prioritetlərindən biridir.”
Qeyd edək ki, Hacı Zeynalabdin qəsəbəsində keçirilən bu görüş deputatın seçicilərlə mütəmadi ünsiyyət strategiyasının tərkib hissəsidir. Belə səyyar görüşlər gələcəkdə də davam etdiriləcək və qaldırılan məsələlərin həlli istiqamətində ardıcıl iş aparılacaq.

AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Oktyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri