Deputat hərbi sirri yaymaqda ittiham olunur
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Müdafiə Nazirliyi hakimiyyətyönlü deputat Hayk Sargsyanı hərbi sirri yaymaq və dezinformasiya yaymaqda ittiham edib.
Modern.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, deputatın ordu ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir.
Qeyd olunub ki, çağırış və mobilizasiya ilə bağlı məlumatlar məxfi xarakter daşıyır və onların açıqlanması yolverilməzdir.
Nazirlik həmçinin deputatın son 10 ildə orduda müddətli hərbi qulluqçuların sayının 44 mindən 14 minə düşməsi ilə bağlı iddiasını da təkzib edib. Bildirilib ki, 2025-ci ildə çağırışçıların sayı 2022-ci illə müqayisədə 25,3 faiz artıb.
Bundan əlavə, Ermənistanın Müdafiə Nazirliyi deputatın 2024-cü ildə əsgərin pnevmoniyadan ölməsi ilə bağlı iddiasının da həqiqətə uyğun olmadığını vurğulayıb.
Açıqlamada qeyd edilib ki, hərbi qulluqçuların gigiyenasının təmin olunması məsələsi daim aidiyyəti qurumların diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 07 Aprel 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















