Icma.az
close
up
RU
Deputat İmişlidəki hadisədən DANIŞDI: “Cinayət tərkibli hərəkətlərdir”

Deputat İmişlidəki hadisədən DANIŞDI: “Cinayət tərkibli hərəkətlərdir”

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin deputatı Kamal Cəfərov İmişli rayonunda yol polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı fikirlərini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, deputat sosial şəbəkə hesabından paylaşım edərək bildirib ki, İmişli rayonu ərazisində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq qurumlar tərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir:

“KİV-də yayılan məlumatlara əsasən, qəza zamanı dünyasını dəyişən azyaşlılar polis əməkdaşının qardaşı övladlarıdır. Allah rəhmət eləsin, yaralılara isə tezliklə şəfa diləyirəm. Əminəm ki, bu hadisəyə səbəb olan şəxs və ya şəxslər qanun qarşısında ədalətli cəzalarını alacaqlar”.

O, bildirib ki, eyni zamanda, sosial şəbəkələrdə yayılan bəzi videolar cəmiyyətdə narahatlıq doğurur:

“Videolarda Dövlət Yol Polisinin qəzaya uğramış avtomobilinə qarşı göstərilən qeyri-adekvat davranışlar açıq şəkildə cinayət tərkibli hərəkətlərdir. Belə hərəkətlər yalnız bir avtomobilə deyil, həm də Azərbaycanın hüquqi və konstitusion quruluşuna, şəhidlərimizin müqəddəs xatirəsinə hörmətsizlik deməkdir”.

K.Cəfərov qeyd edib ki, Azərbaycan dövlətinin 1993-cü ilin əvvəlində düşməsinə səbəb olan şəxslər də elə bu təfəkkürdə olub:

“Hər kəs bilməlidir ki, bu cür davranış, özbaşınalıq elə o zaman da bitib.

İctimai mövqeyim ondan ibarətdir ki, videolarda polis avtomobilinə hücum edən şəxslər qısa müddətdə müəyyən edilməli və qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır. Bundan əlavə, bu hadisə ilə bağlı sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar edən və ya belə çağırışları yayanlar da hüquq-mühafizə orqanlarının diqqətində olmalı və müvafiq addımlar atılmalıdır”.

“Dünyanın bu mürəkkəb vaxtında hər bir vətəndaş bu cür halların cəmiyyətdə nifrət və parçalanma yaratmasına imkan verməməli, qanunun aliliyinə və hüquq qaydalarının qorunmasına dəstək olmalıdır”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Yanvar 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri