Icma.az
close
up
RU
Deputat: “İqtisadiyyatımız üçün atılan addımları yetərli saymıram”

Deputat: “İqtisadiyyatımız üçün atılan addımları yetərli saymıram”

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Rusiyanın Ukraynaya qarşı müharibəsi həm Rusiyanın öz iqtisadiyyatına böyük ziyan vurur, əhalinin sosial vəziyyətini ağırlaşdırır, həm də qonşu ölkələr, Rusiyanın iqtisadi sahədə əməkdaşlıq etdiyi dövlətlər bundan əziyyət çəkirlər. Son 10 ildə əmək miqrantları tərəfindən Rusiyadan ölkəmizə göndərilən maliyyə vəsaitinin həcmi 10 dəfəyə qədər azalıb”.
Reyting.az
xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırarkəın deyib.
Q. Həsənquliyev bildirib ki, Rusiya keçmiş sovet respublikalarından gəlmiş əmək miqrantlarını müharibəyə göndərmək üçün miqrasiya siyasətini sərtləşdirib: “Onlardan tələb olunur ki, ya ölkəni tərk et, ya da orduya yazıl və sağ qalsan Rusiya vətəndaşlığı al. Sərhədlərimiz bağlı olduğu üçün vətəndaşlarımızın geri dönməsi çox da asan deyil. İndi gənclərimiz iş üçün Rusiyaya getməkdən çəkinirlər. Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir. Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır, Azərbaycanda elə bir nəsil yoxdur ki, onlardan kimsə Rusiyada yaşamasın. Müharibə həm də həmin ailələrə əlavə gərginlik və stress yaşadır”.
ƏHD sədri əlavə edib ki, Avropa Ukraynaya az da olsa kömək etdiyindən Putin Trampla birgə Ukraynanı hələlik kapitulyasiyaya məcbur edə bilmir. Ona görə də müharibə hələ bir müddət davam edəcək.
Q. Həsənquliyev Azərbaycanın digər qonşusu İranla bağlı məsələyə də toxunub: “Məsud Pezeşkian prezident seçiləndə bəyan etmişdim ki, dini lider xalq tərəfindən birbaşa seçilmiş legitim prezidenti dəstəkləməli və ona ciddi islahatlar həyata keçirmək üçün imkan yaratmalıdır. Bu, bəlkə də İranın dinc inkişafı üçün sonuncu şansdır. Amma seçkilərdən kifayət qədər vaxt keçsə də, islahatları müşahidə etmirik.
İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir, çünki Çinlə ticarət əsasən İran üzərindən həyat keçirilir.
İran müsəlman ölkəsidir, əhalisinin az qala yarısı azərbaycanlılardır. Onların rifahı və təhlükəsizliyi bizi də ciddi narahat edir.
İranla geniş iqtisadi əlaqələrimiz var. Azərbaycan dövlətinin banisi Rəsulzadənin dünyaca məşhur bir şüarı var, “İnsanlara hürriyyət, millətlərə istiqlal!”. İranda insan hüquq və azadlıqlarına hörmət edilməsi, milli hüquqlardan istifadəyə və milli mədəniyyətin inkişafına imkan yaradılması, yerli dövlət hakimiyyət orqanlarına geniş səlahiyyətlərin verilməsi, iqtisadi azadlıqların genişləndirilməsi, rəqabət mühitinin yaradılması, korrupsiya ilə effektli mübarizə, imtiyazlardan imtina vətəndaş qarşıdurmasını önləyə, ölkəni yeni inkişaf mərhələsinə çıxara bilər. İranın daxili zəifliyini görən ABŞ və İsrail də nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması məsələsində daha maksimalist mövqe sərgiləyirlər”.
Milli Məclis üzvü qeyd edib ki, Azərbaycana sabitliyin hökm sürdüyü və inkişaf edən sivil qonşular lazımdır:
“Azərbaycan xaricdən mənfi təsirləri azaltmaq üçün enerji istehsalını və satışını artırmağa çalışır. Bunu təqdir etməklə yanaşı, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində atılan addımları yetərli saymıram. İqtisadiyyatımız şaxələndirilməli, qeyri-neft sektoru, sahibkarlıq inkişaf etdirilməli, ciddi iqtisadi islahatlar aparılmalıdır”.
Q. Həsənquliyev sonda əlavə edib ki, dünya böyük çalxalanma dövrünə qədəm qoyub: “Şükür edək ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəni bu təlatümlərdən kənarda saxlamağı bacarır”.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 İyun 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri