Deputat: İşğaldan azad edilmiş ərazilərdə sənaye və tranzit infrastrukturu sürətlə inkişaf edir
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sənaye və iqtisadi inkişafı sürətləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.
Millət vəkili bildirib ki, indiyə qədər Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumi dəyəri 500 milyon manata yaxın məhsul istehsal olunub və təkcə bu parklar 1 000-dən çox insana iş təmin edir.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin açılması ilə bu bölgələr sərhəd zonası olmaqdan çıxaraq tranzit bölgəsinə çevriləcək. Bu, Azərbaycanın gələcəyə baxışını və yeni iqtisadi dəyərlərin yaradılmasını nümayiş etdirir.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















